1. Həddindən artıq tüpürcək istehsalı
Hamilələrin təxminən yüzdə 1-ində görülən həddindən artıq tüpürcək istehsalının səbəbi tam olaraq bilinməsə də bulantı və qusma kimi horomonal dəyişiklərdən qaynaqlandığını düşünürlər.
2. Ağız dadında dəyişiklik
Mədə bulantısı, qoxu həssaslığı hamiləliyin ilk həftələrində görülülən tipik simptomlardır. Ancaq hormonal dəyişiklər ağızda dad dəyişikliyinə səbəb olduğunu düşünürlər.
3. Həddindən artıq tərləmək
Hamiləliyin erkən dövründə həddindən artıq tərləmə çox rastlanan haldır. Bunun səbəbi hormon səviyyəsinin sürətlə yüksəlməyə başlaması və qan dövranının artmasına bağlı olaraq bədən istiliyinin yüksəlməsidir. Temperatur yüksəldikcə bədən soyumaq üçün tər ifraz edir
4. Artan yuxu və yorğunluq
Hamiləliyin başlanğıcında bir çox qadında yorğunluq hissi olur. Hormona görə bədən əzələlərində boşalma meydana gəlir. Ana özünü yorğun hiss etməyə və davamlı yatmağa ehtiyac hiss edir.