Qadin.NET / Hamilələr necə yatmalıdır?

Hamilələr necə yatmalıdır?

Hamilə qadınlar hansı formada yatmalıdır, hansı forma körpələri və özləri üçün ən rahatıdır? 

Hamiləlik dövründə yuxuya rahat getmək üçün necə uzanmalı?

Mədə turşuluğu kimi problemi olanlar bədənin üst tərəfini yastıqla dəstəkləməlidir.

Dizləriniz və ayaqlarınız bükülmüş halda olsun və dizlərinizin arasına yastıq qoyun.

Kürək ağrısı probleminiz varsa, sol tərəfi üstünə yatın.

Nəfəs darlığı ilə üzləşənlər yastıqdan dəstək alaraq sol tərəfi üstdə yatmalıdır.

Bu formada yatmaqdan çəkinin

Kürəyi üstdə yatmaq: Hamilələr kürəyi üstdə yatarsa, tənəffüs, hemoroit, həzm sistemi və aşağı təzyiq kimi problemlərlə üzləşə bilərlər.

Üzü üstdə yatmaq: Üzü üstdə yatmaq hamiləliyin 3-cü ayından sonra narahat edici hal alır.

29 iyul 2020
GO BACK