Doğuş qorxusu iki qrupa ayrılır. İlk qrupda olanlar ilk dəfə olacaqları üçün doğuşla bağlı qorxuları var. İkinci qrupda olanlar doğuş bağlı mənfi təcrübələri olduğu üçün qorxurlar.
Qorxu səbəbləri bunlardır; "Körpəm sağlam olacaqmı?", "Körpə ya şikəst doğularsa?", "Doğuş ağrısına dözə bilməsəm?".
Bilik qorxunun ən böyük dərmanıdır
Keçmiş travmalarla əlaqəli yenidən həmin ağrıları keçirməkdən qorxurlar. Analar ilk doğuşdakı ağrılarını yenidən yaşamaqdan qorxular. Bilinməyənin qorxusu da buna əlavə olunur. Əgər məlumatlar əldə etdiyiniz halda qorxunuz keçmirsə, demək qorxunuz psixoloji səviyyədədir. Qorxularınızı həkiminizlə bölüşün.
Doğuşa hazırlıq təliminə qoşulun. Təlimdə təkcə doğuş fiziologiyası yer almır. Təlimdə doğuş fəlsəfəsi, qorxunun doğuşa təsirini də öyrənəcəksiniz. Doğuş anında fiziki və psixoloji dəstək çox vacibdir. Qayğı və qorxularınız bunlara rəğmən keçmirsə, mütəxəssis psixoloqdan kömək almaqdan çəkinməyin.