Hamiləlik dövründə idmanın körpənin zəkasına təsir etdiyi sübut olundu.
Kanadanın Montreal Universitetinin alimləri, hamiləlik dövründə idmanla məşğul olanların körpələrinin beyni daha sürətli inkişaf edir.
Araşdırmalara qoşulan bəzi qadınlardan, hamiləliyin ilk 12 həftəsində, həftədə 3 dəfə 20 dəqiqə idman etməyini istədilər. Digər qrupdakı qadınlar idman etmədi.
Körpələr 8-12 günlük olanda zehni inkişafları aparatlarla analiz edildi. İdman edən anaların körpələrinin beyin fəaliyyətinin daha aktiv olduğu ortaya çıxdı. Zəkaya müsbət istiqamətdə təsir edir.
Alimlər nəticələr üçün başqa araşdırmalara da ehtiyac olduğunu qeyd edirlər. Hamilələr ağır idmanlarla məşğul olmamalı və hansı idmanın onlara faydalı olduğunu öyrənmək üçün həkimə müraciət etməlidirlər.