Qadin.NET / Qışda sağlam hamiləlik keçirmək üçün...

Qışda sağlam hamiləlik keçirmək üçün...

 

1. Evdən çıxın

Hamiləlik dövrünüz qış aylarına düşürsə, evdən oturmalı deyilsiniz. Əksinə daima ev içində hərəkətsiz qalmaq çəki artımına və qan dövranı problemlərinə səbəb ola bilər. Davamlı yürüyüşə çıxmaqda fayda var. Həm damarlar, həm də metabolizma üçün 30 dəqiqə yürüyüşə çıxmağa diqqət edin. Rahat ayaqqabı geyinməyi unutmayın.

Qışda sağlam hamiləlik keçirmək üçün...

2. Həftədə iki gün balıq yeyin

Yayda D vitamini ehtiyacını günəş qarşılayır. Qış aylarında balıq eyni funksiyanı yerinə yetirir. Həftədə iki gün balıq yeyin. Amma balıq zəhərləməyə meyilli qida olduğu üçün, təmizliyinə əmin olduğunuz yerdən alın. Balığın vaxtına mütləq baxın. Həmçinin limon, portağal, mandalin, kivi, yaşıl tərəvəzlər süfrənizdən əksik olmamalıdır.

Qışda sağlam hamiləlik keçirmək üçün...

3. Yaxın təmasdan qaçın

Qrip ən çox qışda yayılır. Havalandırması yaxşı olmayan yerlərdə oturmayın. Dostlarınızla öpüşmək yerinə əl verməklə kifayətlənin. Söhbət edərkən yaxın təmasdan qaçın. Lazım olarsa, maska taxın. Quru hava tənəffüs yollarına zərbə vurur. Ona görə otağın havasını dəyişməyi unutmayın.

Qışda sağlam hamiləlik keçirmək üçün...

23 yanvar 2020
GO BACK