Doğuşun birinci dövrü-doğuş sancılarının təsiri altında uşaqlıq boynunun genişlənməsidir. Tam açılmış uşaqlıq boynunun diametri 10 sm-ə yaxın olur. Tam açılış zamanı dölü əhatə edən qişalar cırılaraq dölyanı sular xaric olur (bu proses ağrısız olur).
Bəzi hallarda dölyanı sular uşaqlıq boynunun hələ tam açılmadığı dövrdə də xaric ola bilər. Bu hal son nəticədə normal doğuş fəaliyyətinin pozulmasına da səbəb ola bilər.
Doğuşun birinci dövrünün müddəti ilk dəfə doğan qadınlarda 12-18 saat,təkrar doğan qadınlarda isə iki dəfə qısa olmaqla davam edir. Doğuş zamanı sizin normal və sakit davranışınız doğuş prosesinə xeyli müsbət təsir göstərə bilər. Siz nə qədər sərbəst olsanız, doğuş da bir o qədər tez başa çatmış olar.
Əgər qadın gərgin vəziyyətdə qalırsa, uşaqlıq boynu gec açılmış olur. Uşağın və intensiv fəaliyyətdə olan uşaqlığın oksigenlə yaxşı təmin olunması üçün normal nəfəs almaq vacib hesab olunur.
Sancı tutması yaxınlaşdıqda dərindən nəfəs almaq və nəfəs vermək lazımdır. Sancılar başlayan kimi siz tam sakitləşməlisiniz. Sonradan bir qədər tezləşmiş ritmdə olmaqla səthi nəfəsalma və nəfəsvermə hərəkətlərini yerinə yetirməlisiniz. Bu zaman diafraqmanın uşaqlığa təzyiq edərək onun yığılmasına mane olmaması vacib hesab olunur.
Sancının keçdiyi halda dərindən nəfəs alın (döş qəfəsi və qarının iştirakı ilə), nəfəsi tədricən verin. Sancı tutmaları arasındakı dövrdə istirahət etmək və normal tənəffüs hərəkətlərini yerinə yetirmək lazımdır. Doğuşun birinci dövrünün sonunda sizdə güc vermək istəyi əmələ gəlsə də,buna yol verməyin. Belə ki, erkən gücənmələr uşaqlıq boynunun tam açılmasına mane olaraq doğuş dövrünün uzanmasına və sizin vaxtından əvvəl yorulmağınıza səbəb ola bilər.
Doğuşun ikinci dövrü-dölün qovulması(xaric olması): Bu dövr uşaqlıq boynunun tam açılmasından sonra başlayaraq uşağın doğulması ilə başa çatır. İlk dəfə doğan qadınlarda bu dövr 30-45 dəq davam edir. Bu dövrdə sancı tutmalarının sayı və davametmə müddəti artmış olur.
Bundan başqa, bu dövrdə əlavə olaraq gücənmələr qarın divarı, çanaq və diafraqma əzələlərinin ritmik şəkildə birgə yığılmaları başlayır. Bu, nəcisə getmə halını xatırladır. Bu zaman mama-tibb bacısının dediklərinə tam şəkildə əməl etməyiniz vacibdir. Sancı yaxınlaşır-aralıq sahənizi boş vəziyyətdə saxlamaqla dərindən nəfəs alın.
Sancı başlandı-burunla dərindən nəfəs alaraq nəfəsinizi saxlayın. Dölə mümkün qədər güclü təsir edərək onu irəliyə itələmək üçün qarın əzələlərini mümkün qədər yığın. Nəfəsi ağızdan buraxın,yenidən burunla dərindən nəfəs alaraq nəfəsinizi saxlayın. Sancının sonuna qədər siz 3 dəfə gücənməlisiniz. Sancı başa çatdı-dərindən nəfəs alın.
Sancılararası dövrdə mama-tibb bacısı sizə əlavə göstərişlər verməzsə,gücənməyin. Uşağın başı cinsi yoldan çıxdığı zaman müəyyən an doğan qadına gücənməmək tapşırılır. Bu stadiyada tezləşmiş ritmdə olmaqla səthi tənəffüs hərəkətlərini yerinə yetirmək lazımdır. Bu anlarda artıq güc vermək uşağın baş hissəsinin sürətlə çıxmasına və aralığın cırılmasına səbəb ola bilər.
Doğuşun üçüncü dövrü (ciftin xaric olması): Bu dövr ciftin uşaqlıq divarından aralanaraq digər hissələri ilə birlikdə uşaqlıq yollarından xaric olması ilə xarakterizə olunur. Bu dövrdə uşaqlığın yığılması baş verir və nəticədə ciftin aralanması baş verir.
Qeyd etmək lazımdlr ki, əgər hamilə qadın doğuş müddəti ərzində mama-tibb bacısı və mama-ginekoloqun göstərişlərinə dəqiq şəkildə əməl edərək özünü sakit aparmış olarsa, bu zaman doğuş ana və uşaq üçün əlavə problemlər yaratmadan qısa bir müddət ərzində uğurla başa çatmış olur.
Sonda bütün qadınlara ANA olmağı arzu edirəm!!!
XƏBƏR LENTİ
"Gəlin" tortu (foto-resept)
Qu quşu
İyul ayında HAVA necə olacaq?
Hadisə FOTOsu haqqında Açıqlama verdi
HAVA necə olacaq?
Sabah QAZ OLMAYACAQ!
Yahoo! virus yayır
Qarabağa qoşun yeridilməyəcək
Putinə qorxulu xəbər
16-cı əsrə aid soba tapıldı - FOTO
Həcc arzusunda olanlara şad xəbər
Uşaqlarla cinsəllik haqda necə danışmalıyıq?
Qızı avtobusun arxasına bağlayıb, apardılar-FOTO
Son 10 ilin sərin avqustu müşahidə edilir
2011 Oscar-ın zövqlü və zövqsüz xanımları
Səbəbi bilinməyən nevroloji xəstəlik
Dəniz Seki 15 kq arıqladı-FOTO
Məşhur aktrisa ən böyük arzusunu reallaşdırdı
Bilirsinizmi?
Qazax benzini alacağıq
Afrikada bir gün
Səhiyyə Nazirliyindən spirtlə bağlı ÇAĞIRIŞ
İnstagram-da izlənməkdən bu yolla qurtulun-FOTO
Azərbaycana gələn turistlərin sayı açıqlandı
Məşhur cütlük boşandıqdan sonra BARIŞDI
Kompüter oyunları süretli qocalmaya gətirib çıxarır.
Hamiləliyin ləğvinə icazə verildi
Kalori yandıran qidalar
Brüsseldə gül xalısı
Vivienin bürc illustrasiyaları
Koronavirusun kişilər üçün qorxunc fəsadı açıqlandı
Ailənin dağılmasına səbəb olacaq bəzi təhlükələr
Bülent Ersoy Ramazan ayından danışdı-FOTO
Pendirli piroq (foto resept)
Düşmənin minaatanlarının Göyarxdakı atış nöqtələrinə zərbələr endirildi - VİDEO
Neon rəng hər yerdə
Asteroidin ilk - FOTOları
Ebru Gündeş Bakıya gəlir-FOTO
19 gün meşədə azıb qalan cütlük xilas edildi - FOTO/VİDEO
Uşaqlarda ən çox görülən yay xəstəlikləri
Noyabrın 15-i son vaxtdır
Çağla Şikel ilk dəfə etiraf etdi
Pazllar ("Canım bacım")
Dəbli çəkmələr
Rusiyalı bloqer ermənilərin nasist mahiyyətini nümayiş etdirdi - VİDEO
Bu çiplər özlərini məhv edir
Kənd təsərrüfatı məhsullarının qiymət artımına səbəb nədir?
Damarları təmizləyən qidalarla tanış olun!
Cazibədar alt paltarları
Şəhidlər sükutla anıldı
- ŞƏRHLƏR