Körpədə hansı dəyişikliklər baş verir?
Dölün yaşı mayalanma anından 34 həftə və sonuncu aybaşının ilk günündən 36-cı həftəlikdir.
Körpənin çəkisi təxminən 2.6-2.8 kq, artma 46-48 sm-dir, paranazal sinuslara qədər 34 sm-dir. Bu ölçülər hamıda eyni olmaya da bilər.
Uşağın toppuş yanaqları əmələ gəlib. Bədənin yağlılığı azalır, dəri daha hamar olur. Dəridəki xırda tüklər artıq yavaş-yavaş yox olur.
Uşağın hərəkətləri əvvəlki kimi aktiv deyil, çünki onun yeri daralıb. Amma siz onun hərəkətlərini hiss edə bilirsiniz.
Balaca yenə də öz tənəffüs sistemini çalışdırır, sorma və udma hərəkətləri edir.
Qızlarda böyük cinsiyyət dodaqları kiçikləri örtür - bu, cinsiyyət orqanlarının yetkinliyi əlamətidir.
Endokrin və immun sinir sistemi təkmilləşməkdə davam edir. Ürəyi tam formalaşıb,amma uşaq oksigeni böyüklər kimi deyil, göbək ciyəsindən alır. Ürəyin sağ və sol hissəsinin arasında dəlik bağlı olmayaraq qalır.
Anadakı dəyişikliklər
Uşaqlığın dibi hamiləliyin bütün vaxtı ərzində ən yüksək nöqtəyə qalxır. Göbəkdən məsafə 14-15 sm, qasıq simfizindən 36 sm-dir.
36-cı həftəyə qədər çəkinin optimal artım həddi 12 kq olmalıdır. Əgər sizin çəkiniz 13 kq-a qədər artıbsa, doğuşdan sonra sizə əvvəlki çəkinizi bərpa etmək çətin olmayacaq.
Yavaş-yavaş doğuşa hazırlaşmağa başlayırıq: doğum evinə gedəcək çantaları hazırlayır, zəruri əşyaların siyahısını yazır və hamiləlik kurslarına gedirik. Doğuş haqqında olan kitabları oxuyuruq və analıq təcrübəsi olanlarla məsləhətləşirik.
Doğuşu ağrılı, qorxulu bir hadisə kimi yox, məsuliyyətli bir vəzifə kimi qəbul etmək lazımdır.
Bəzən sizə elə gəlir ki, balaca düz ürəyinizin altındadır və ayaqlarını əməlli-başlı titrədir.
Əgər körpə başıaşağı vəziyyətdədirsə, körpənin başı azacıq aşağı enə bilər, sizə nəfəs almaq daha asan olacaq.
Uşaqlıq boynu yumşalmağa və qısalmağa başlayır, orqanizm qarşıdakı doğuşa hazırlaşır.
Uşaqlıqda olan su azalır və uşaqlıq körpə üçün darlaşır.
Cift hələ də öz funksiyalarını fəal surətdə yerinə yetirir. O, 1 dəqiqə ərzində hər 15 saniyədə yenilənən 600 ml qan nəql edir.
Sizin uşağınız hamiləliyin 32 və 36 həftələri arasında başıaşağı vəziyyəti qəbul etməlidir. Amma elə hallar olur ki, uşaq doğuşdan bir az öncə və ya doğuşa bir neçə gün qalmış çevrilir.
Sizdə sidiyə getmə tezləşə bilər. Enmiş uşaqlıq bağırsaqlara və sidik kisəsinə daha güclü təzyiq göstərir. Eyni zamanda sümüklərin dartılmasına görə çanaq nahiyəsində ağrı hissləri yarana və ya güclənə bilər.
Venaların varikoz genişlənməsinin qarşısını almaq üçün ayaqlarınızı tez-tez üfüqi vəziyyətə qaldırmağa çalışın.
Siz doğuşdan sonra uşaq üçün lazım olacaq ilk ləvazimatları hazırlamalısınız.
İndi siz həftədə bir dəfə də olsa, həkiminizlə görüşməlisiniz. Həkim USM ilə plasentanın kamilliyini izləyəcək.
Hətta əgər siz hündürdaban ayaqqabıları çox sevirsinizsə belə, hamiləliyin bu mərhələsində onlardan imtina etmək yaxşıdır.
Hamiləliyin son həftələrində daha az səyahət etməyə çalışın ki, körpənizin həyatını və sağlamlığını təhlükə altında qoymayasınız. Əgər vaxtından əvvəl doğuş baş versə, sizin həkiminiz sizə kömək edə bilməyəcək. Hamiləliyin son aylarında həkimin yazılı razılığı olmasa, bəzi aviaşirkətlər təyyarənin göyərtəsinə sizi buraxmaya da bilər.
Hamiləliyin 33-cü həftəsindən sonra cinsi münasibətlərdə ehtiyatlı olun.
Səhərlər yataqdan qalxmaq çətindirsə, əvvəlcə böyrü üstə çevrilin, sonra ayaqlarınızı sallayın, oturun və yalnız sonra çarpayıdan qalxın. Kəskin hərəkətlər etmək olmaz.
Əgər siz əkiz və ya üçəmlərin dünyaya gəlməyini gözləyirsinizsə, bilin ki, belə balacalar vaxtından bir qədər tez - təxminən 37-ci həftədə doğulur.
XƏBƏR LENTİ
O qədər dar geyindi ki, ürəyi getdi - FOTO
HAVA necə olacaq?-23 Avqust
Valideynlərə müjdə!
Aslı Enverlə Murad Boz ayrılıb
"Həyat" adlı oyun
Məşhur cütlükdən etiraf
Bu günün hava proqnozu
BÜRCLƏR bizə nə vəd edir?- 2 fevral
"ABŞ ATƏT-in Minsk qrupu çərçivəsində Rusiya ilə əməkdaşlığı davam etdirəcək"
İsmayıllıda şəhid Xəyyam Daşdəmirov torpağa tapşırıldı - VİDEO
Son dəbə uyğun eynəklər
Nazirlik pensiyaların veriləcəyi tarixi açıqladı
Beren Saatın bu addımı təəccübləndirdi-FOTO
Vilayət Eyvazovdan yeni TƏYİNAT
Brend çanta modelləri
Ev dekorasiyasında aksesuar seçimi
Şirələr və kompotlar
Hülya Avşar AÇIQLAMA verdi
11 iyun Ramazan ayının 5-ci günüdür
Caponata (foto resept)
Dünyanın ən zənginləri 127,4 mlrd. dollar itirdi
Ramin Bayramlıdan karantin rejiminin uzadılması ilə bağlı AÇIQLAMA
Bakıda möhtəşəm Zəfər paradı başladı - CANLI YAYIM
Müəllim və həkimlərə dövlət qulluqçusu statusunun verilməsini nəzərdə tutan layihəyə rəy verilib
Məşhurlar və anaları
Uhan xəstəxanalarında koronaviruslu şəxs qalmadı
İçimizi yeyən səhər yeməyi
Fikrət Qoca infarkt keçirdi
Qadına uşaqlıq köçürüldü
Corc Sorosdan böhran xəbərdarlığı
256 yaşlı kişi ölməzdən əvvəl sirri açıqladı
Şəhid əsgərimiz təltif edildi
Murad Boz TOYUNDAN DANIŞDI
Günün ulduz falı
Çuğundurun faydaları
Düzgün duruş üçün nə etməliyik?
Ancelina Coli ərə gedir
50 Cent 21 otaqlı mənzilini ucuz satdı
Uşaqlar üçün saç modelləri
Güləşçimiz beynəlxalq turnirin çempionu olub
HAVA necə olacaq?-26 İyul
Azərbaycan alimləri zəfəranın süni yolla çoxaldılmasının yeni metodunu əldə ediblər
"Ali məktəb məzunlarının 42 faizi iş tapa bilir"
Bilmədiyiniz maraqlı faktlar
Azərbaycanda 40-dan çox orta təhsil müəssisəsi ləğv olundu - SİYAHI
Onun bir xəyalı cahana dəyər
Bədənə qulluq və vannalar
Benzin ucuzlaşa bilər
Pakistan mediası Xocalı faciəsindən yazdı
Meteohəssas insanlara XƏBƏRDARLIQ
- ŞƏRHLƏR