Döl
Hamiləliyin 25-ci həftəsində 7-ci ay başlayır. Körpəniz hazırda təxminən 680 q və 34 sm-dir. "Qırış" dərisi də hamar olmağa başlayır və yeni doğulmuş bir körpəyə bənzəyir. Bundan əlavə, daha çox tük çıxarmağa başlayır. Dərisinin altında kapilyar damarlar qanla meydana gəlir, dolur və həftənin sonunda bu bitir, digər yanda da ciyərlərində hava kisələri ilk nəfəsini almaq üçün hazırlanır. Ciyərlər tamamilə istifadəyə hazır deyil, lakin inkişaf edir, ona doğuşdan sonra genişləndirilməsi üçün köməkçi olacaq. Nəfəs almaq üçün körpənizin bu zamana qədər yaranan kiçik burun dəlikləri və səs telləri üçün açılmağa hazırlanır.
Ağrılar
Artıq ağrılarla qarşılaşma vaxtıdı, bəzi hamiləliklər ciddi ağrılara səbəb ola bilir. Çox hamilə qadın damarlarında şişmə və qaşıntı hiss edərlər. Bədəniniz üçün çox zərərli deyil, amma çox ağrılı olurlar, buna görə doğru qidalanmaq lazımdır (qəbizlikdən qaçmalısınız), bəzi məşqləri etməlisiniz (Kegel məşqi) və qaz çıxararkən özünüzü məcbur etməyin. Sizdə bu hallar xoşbəxt doğuşdan sonra keçəcək. Çox yorğunsunuzsa, bir yerinizdə ağrı hiss edirsinizsə, başınız dönürsə, ya da nəfəs alma probleminiz varsa, məşq etməyin. Tarazlığınızı itirmənizə gətirib çıxaracaq məşqlər etməyin. İsinmə məşqlərini də unutmayın, istiləşmədən idmana başlamayın. Kifayət qədər maye qəbul etdiyinizə əmin olun.
24-28 həftələr arasında şəkəri yoxladarkən ola biləcək bir anemiya (qan azlığı) vəziyyətinə qarşı qan vəziyyətiniz yoxlanılacaq. Belə bir vəziyyət varsa, həkiminiz sizə dəmir dəstəyi almanız lazım olduğunu söyləyəcək.
Cinsi həyat
Bu dövr cinsi həyata başlamaq üçün əlverişlidir. Düzgün vəziyyət seçsəniz, heç bir təhlükə olmaz. Əgər sizdə heç bir problem yoxdursa, cinsi həyat davam edə bilər. Əgər hər hansısa problem varsa, onda mütləq həkiminizə müraciət edin və məsləhət alın.
Ultrasəs müayinəsi
Ultrasəs müayinəsi körpənizin kilosunu + / - % 12.5-lik səhv ola biləcək ehtimalla müvəffəqiyyətli bir şəkildə qiymətləndirməyi bacarır. Ancaq siz əlbəttə körpənizin boyunu da maraqlanırsınız. Halbuki ultrasəs cihazları boy ölçə bilməzlər və körpənin sümük ölçümü (bud sümüyü = FL) normal olduğu müddətdə boyu da normaldır. İndi sizə böyük ehtimalla (xarici saytlar da daxil olmaqla) başqa heç bir saytda tapa bilməyəcəyiniz bir düstur verəcəyik: Sizə verilən və üzərində ultrasəs ölçümlərinin olduğu kağızda yazan FL (bud sümüyü) dəyərini 7 rəqəmi ilə çoxaltmaq və körpənizin bu andakı boyunu + / - 5% səhv payıyla hesablayın. Bu düstur 24-cü həftədən etibarən etibarlıdır.
Nümunə:
FL: 51 mm.
51mm X 7 = 357 mm = 36 santimetr
Qidalanma
Konservləşdirilmiş ət məhsullarından, məsələn, kolbasa-sosiskadan imtina etməlisiz. Onların tərkibində lazım olmayan yağ və konservantlar var. D vitamini və fosforla zəngin balığın qəbulu isə körpənin sinir sisteminin formalaşması üçün vacibdir.
Amma balığın yağsız növləri məsləhət görülür.
İkinci üçaylıqda hamilə qadın şirniyyatdan bir az qaçmalıdır. Çünki bu dövrdə çəkisi artmağa başlayır ki, bu da sonra problem yarada bilər. Bəzən hamilə qadınların iştahı qəribə qidalar çəkir. Məsələn, qışda qarpız, yayda müxtəlif şorabalar və s. Bəzən də onların ürəyindən heç yeməli olmayan şeylər keçir. Bütün bunlar hamilə qadının bədənində gedən köklü dəyişikliklərlə bağlıdır. Həkimin sözlərinə görə, bəzən gələcəyin anası təbaşir və ya palçıq yemək istəyir. Bu isə anadan dəmir, fosfor, kalsium ionları, B1 vitamininin çatışmazlığına dəlalət edir. Növbəti aylarda isə menyuda zülalların miqdarı artırılmalıdır.
Qadın heyvani zülallardan istifadə etməlidir. Bu, ətdə, balıqda, qaraciyərdə, yumurta sarısında çoxdur. Kalsiumu təmin etmək üçün bol miqdarda süd və süd məhsulları qəbul edilməlidir. Giləmeyvələrdən, çiyələk, pomidor, meyvələrin şirəsindən istifadə edilməlidir.
XƏBƏR LENTİ
Mehriban Əliyeva anasının məzarını ziyarət etdi
Ermənilər Türkiyədəki İncirlik Amerika hərbi bazasını ələ keçirmək istəyirlər
"Facebook-da danışmaq günahdır"
Bir damlaya sığan dünya...
Gözünüzün kökü saralmasın
Serialdakı eşq gerçək oldu?
Ebru Şallı onu təhqir edənin kim olduğunu dedi
Hazal Kayanın evi yandı
Məşhurların böyüyən ailəsi
Bədən ölçünüzə uyğun paltar seçimi
HAVA necə olacaq? 7 İyun
Rihanna haqqında Rekord Məbləğə film çəkilir
Polad Həşimovun adının verildiyi küçə ilə bağlı RƏSMİ AÇIQLAMA
Dərsliklərin monitorinqində yeniliklər olacaq
Günün ulduz falı
İstanbulda qasırğa
Sezonun ən iddialı trendi: Qabarıq qollar
TQDK-dan Facebook xəbərdarlığı
Tibbə məlum olan ən uzun dişi çəkilib - VİDEO
ABŞ geri addım - növbə Britaniyanındırmı?
5 Müalicəvi hərəkət
Rihanna sevənlərini TƏƏCCÜBLƏNDİRDİ-FOTO
İnstaqramdakı o "zəhləngetmiş"
Möcüzəvi daşın sirli əlamətləri
Alişan yoldaşının saçından yazdı-FOTO
Meyvə qabıqlarının faydaları
İrin yuvası
Saç rezini modelləri
Başqasının adına SİM kartı olanlara - Qadağa
Tənhalıq qorxusunun öhdəsindən necə gəlməli?
2013 gəlinlik modelləri
Yoqa (3)
Ziyafətlər üçün hicablar
FIFA DÇ-2014-ün səbətlərini açıqladı
11 aylıq uşağın bədənində 16 iynə tapıldı - FOTO
Çörək(foto resept)
İtaliyada gün ərzində koronavirusdan 793 nəfər öldü
Azərbaycan çaylarının suyu azalıbmı?
Düyü suyunun saçlara inanılmaz faydası
Rusiya Suriyanın müdafiəsini "S-300"lə gücləndirir
Ataları fərqli olan EKİZLƏR
Telekanallarda monitorinqlər başlanıldı
Məşhur cütlüyün toyu haqqında detallar məlum oldu-FOTO
Əylənməyə getdi, əlil arabasında qayıtdı-FOTO
Yay vaxtına keçid bizə nə verir?
Pensiya fondu göstəriciləri açıqladı
Yataq örtükləri
Bu şəxslərə XƏBƏRDARLIQ: Sabahdan...
"İstanbullu gelin"in final tarixi açıqlandı
Vampir-balıq kəşf edildi
- ŞƏRHLƏR