Səhv etməyin pis bir şey olmadığını öyrədin
Aparılan araşdırmalara görə, səhv etməkdən qorxan uşaqların yaradıcılıq qabiliyyəti azalır. Övladınız səhv etdikdə və xəyal qırıqlığına düçar olduqda onu gələn səfər üçün dəstəkləyin. Tək şansın bu olmadığını xatırladın, ona cəsarət verin.
Dağınıqlığa dözümlü olun
Uşağınız bəəzn çox dağınıq ola bilər. Boyanmış divarlar, qarmaqarışıq otaq əsəblərinizə toxuna bilər. Bu əslində uşağınızın yaradıcılıq qabiliyyətininin göstəricisidir. Ona öz otağında, öz mühitini yaratmasına icazə verin.
Özünəməxsus olmaq
Başqalarını təqlid etmək yerinə özünəməxsus olmağı öyrədin. Uşağınızı yeni və fərqli nümunələr yaratmaq sövq edin. Onu dəstəkləyin.
Yenilikləri yoxlamasına icazə verin
Uşağınız yaradıcılığını inkişaf etdirmək üçün gündəlik vərdişdən çıxaraq yeni fəaliyyətlərlə məşğul olmasına icazə verin. Birlikdə yeni fəaliyyətlərlə məşğul olun. Həyatınıza yeniliklər qatmağı göz ardı etməyin.