Beynin sol yarımkürəsi oxuyan uşaqlarda daha çox inkişaf edir
3-5 yaşlı uşaqların hekayələr dinləyərkən beyinlər fəaliyyətləri müşahidə edildi. Araşdırmalar, beyin fəaliyyətlərində, uşaqların evdə nə qədər oxuduğuna görə dəyşikliklər olduğunu müəyyən etdilər. Evdə daha çox kitab oxunduğunu deyən valideynlərin uşaqlarında, beynin sol yarımkürəsində aktivliyin daha çox olduğu müşahidə edildi. Yaşca böyük uşaqlar özləri kitab oxumağa başlayanda da bu bölgə aktivləşir. Kiçik uşaqlarda isə hekayələrə qulaq asarkən bu bölgə aktivləşir. Şəkilləri görmədən hekayə dinləyən uşaqlarda da görüntü ilə bağlı bölgədə aktivlik müşahidə edildir. Bu araşdırmaçıları təəccübləndirdi.
Şəkilli kitab oxuyun
Beyin fəaliyyətlərindəki fərqli səviyyələr, şəkilli kitablara baxıb hekayələr dinlədikcə, bu uşaqların gələcəkdəki bacarıqlarında inkişafa zəmin yaranır. Amma hekayələri ekranlardan yox, insanlardan eşitməyə ehtiyacları var. Aparılan araşdırmalara görə hər uşaq müəyyən yaşına kimi fərqli miqdar kəlimə eşidir və öyrənir. Yoxsul ailə uşaqları 3 yaşına dək, çox az sayda kəlimə eşidirlər. ( Kansasda aparılan araşdırma) Onları kitab oxumağın faydası burda da özünü göstərir. Kitab oxunan uşaqlar daha çox kəlimə eşidir və öyrənir. Bu onların gələcəkdə formalaşan nitqlərinə təsir edir.