Qadin.NET / Sevimli uşaq şerləri

Sevimli uşaq şerləri

 

Sevimli uşaq şerləri

 

Əziz Qadin.Netlilər, bu gözəl şerləri şirin balalarınıza ərmağan edirəm. Öyrədin, həzz alın bu şerləri. Qızım deyəndə çox sevinirəm,  siz də sevinəcəksiniz.

 

Ana

əziz ana.,can anam,

Mənim mehriban anam

Arzum budur hər səhər

Səndən əvvəl oyanam.

*****

Gecələr oyaq anam,

Örümə dayaq anam,

İsterem tez böyüyüb,

Qulluğunda dayanam.

 

                                   Mirvarid Dilbazi

 

Sevimli uşaq şerləri

 

Atam

Atam evə gələndə,

Elə bil ki, nur saçır,

Anamın çöhrəsində,

Təbəssüm çiçək açır.

*******

Gülür qaedaşım,bacım,

Sevinir babam,nənəm,

Atam işdən gələndə,

Ən çox sevinen mənəm


Nənəm

Nənəmi çox sevirəm,

Dəyməyirəm xətrinə.

Heyran qalmışam onun,

Saçlarının ətrinə.

O, mənə söhbət açır,

Yurdun igidlərindən.

Dilində nağıllaşan

Vətən igidlərindən.

Babam

 

Yaman sevirəm,

Babamı yaman.

Ayrılmaram mən

Ondan bircə an.

Sözü -söhbəti

Şəkərdir, şəkər.

Belə babadan

De, kim əl çəkər.

10 noyabr 2016
GO BACK