Bu dərsimizdə ağac çəkməyi öyrənəcəyik.
Uşaqlar təbiət mənzərələrini çox sevir, gözəl və səliqəli ağac çəkməyi də əlbəttə ki, xoşlayacaqlar. O zaman bir yerdə başlayaq.
Ən sadə formadan başlamaq istəyirəm.
Çox zaman ağac şəkli gövdənin çəkilməsi ilə başlayır.
Hissə-hissə budaqları çəkilir.
Yarpaqları tam çəkmək mümkün deyil, onları ümumi qeyd edirlər. Bu daha rahatdır.
İndi gövdəni naxışlarla bəzəyərək daha təbii görünməsini təmin edək.
Gövdə qəhvəyi rənglə rəngləyərək ağacımızı tamamlamış oluruq.
Ağacı başqa formalarda da çəkmək mümkündür.
Pillə-pillə ağac çəkməyin daha bir yolu. Əminəm ki, xoşunuza gələcək.
Bu da ağac çəkməyin daha başqa üsulu.
Budaqların sayını istədiyiniz qədər çəkə bilərsiniz.
Ağacın çətirini də xəyallarınızdakı ağac formasına sala bilərsiniz
Naxışlamaq və rəngləmək də sərbəstdir, lap cizgi filimlərindəki kimi.
Budur, möhtəşəm ağac. Sizdə necə alındı?
Bir neçə mərhələ ilə ağacı bu formada da çəkmək olar.
Bir qədər təkminləşdikdən sonra söyüd ağacını da rahatlıqla çəkə bilərsiniz. Bir neçə üsul təqdim edirəm.
Ağacın suturukturu hazır olduqdan sonra rəngləmə sərbəst ola bilər.
Başlanğıc üçün çox sadədir,s anki göbələk çəkirsizmiş kimi.
Çətirə dalğalar əlavə edin
Çətirin içini doldurun.
Hissə-hissə daha dəqiq konturlarla vurğulayın.
Payız mövsümü olduğu üçün sarı rəngə boyayın
Palma tipli ağac çəkmək üçün isə peşəkar olmaq lazım deyil.
Ümüd edirəm bu dərs xoşunuza gəldi. Gələn dərsdə nəyi öyrənəcəyik, bilmək istəyirsiz? O zaman bizi izləməyə davam edin!