Uşaq:
1.1. Sağlamlığı möhkəmləndirən hərəkətləri yerinə yetirir.
1.1.1. Gün rejimi üzrə fəaliyyətlərə (gimnastika, oyun, məşğələ, gəzinti, yemək, yuxu) əməl edir.
1.1.2. Orqanizmin möhkəmləndirilməsi prosedurlarından normalara1 uyğun istifadə edir.
1. Yay vaxtı bütün yaş qrupları üçü n ümumi duş qəbul etmə yeməkdən qabaq aparılır. Ayaqları üzərindən gah isti, gah da nisbətən aşağı temperaturda su axıdılır. Ümumi su prosedurlarından bütün bədənə su axıtmağa keçilir. Suyun ilkin temperaturu 34-35°, 2-3 gündən bir 1° azaldılaraq son temperatur 26-24° -dək endirilməlidir. Hava vannası qəbul edərkən havanın temperaturu 23°-dən artıq olmamalıdır.
2. Fiziki tapşırıqları, hərəkətli oyunları yerinə yetirərkən müstəqillik və yaradıcılıq kimi psixi-fiziki keyfiyyətlər inkişaf edir.
1.1.3. Sadə özünəxidmət vərdişləri (soyunmaq, geyinmək, yemək, yuyunmaq) nümayiş etdirir.
1.2. Qidalanma və sanitar-gigiyena qaydalarına əməl edir.
1.2.1. Masa arxasında mədəni davranış qaydalarına (yemək dəstlərindən-qaşıqdan istifadə etmək; yeyərkən danışmamaq; yeməyi ağzı bağlı çeynəyib udmaq) əməl edir.
1.2.2. Şəxsi mədəni gigiyena qaydalarına (sabundan düzgün istifadə etmək; əlini, üzünü, qulağını səliqəli yumaq və qurulamaq; daraq, burun dəsmalı və ya salfetdən istifadə etmək) əməl edir.
1.3. Böyük, kiçik və hissi (sensor) motor hərəkətlərini koordinasiya edir.
1.3.1. Əsas hərəkətləri (yeriş və qaçış hərəkətlərini icra etmək; müxtəlif istiqamətlərə uzununa və maneələrin üstündən hoppanmaq; dırmanma, gimnastik skamyanın üstü ilə yerimək və sürünmək; hərəkətləri yerinə yetirərkən müvazinətini saxlamaq; topu, kürəciyi bir-birinə tərəf diyirlətmək və atmaq və tutmaq) yerinə yetirir.
1.3.2. Fəaliyyət zamanı hərəki qabiliyyətlər2 nümayiş etdirir.
1.3.3. Əşyanı (karandaş, flamaster, plastilin, fırça, top və oyuncaqları) barmaqları arasında düzgün saxlayaraq şəkil çəkmə, yapışdırma, quraşdırma, atıb-tutma kimi hərəkətləri sadə tərzdə yerinə yetirir.
1.3.4. Müxtəlif fəaliyyət növlərində əşyaların sensor xüsusiyyətinə (forma, rəng, hərəkət, ölçü, səs, toxunma, dad və iyinə) görə istifadə edir.
1.4. Təhlükəsizlik qaydalarına əməl edir.
1.4.1. Sadə təhlükəsizlik qaydalarına (kəsici, deşici, yandırıcı əşyalar və elektrik cihazları ilə, təhlükəli heyvanlar, zəhərli bitkilər, tanış olmayan adamlarla ehtiyatlı davranmaq) əməl edir.
Rasif Rəhim