Uşaq:
1.1. Sağlamlığı möhkəmləndirən hərəkətləri yerinə yetirir.
1.1.1. Fəaliyyətini gün rejiminə uyğunlaşdırır.
1.1.2. Orqanizmin möhkəmləndirilməsi prosedurlarından normalara uyğun istifadə edir.
1.1.3. Özünəxidmət vərdişləri (yatağını, xarici görünüşünü səliqəyə salmaq; təmizliyə riayət etmək) nümayiş etdirir.
1.2. Qidalanma və sanitar-gigiyena qaydalarına əməl edir.
1.2.1. Masa arxasında mədəni davranış qaydalarına (qamətini düz saxlamaq; yemək dəstləri-qaşıq, bıçaq və çəngəldən istifadə etmək; səssiz və səliqəli yemək) əməl edir.
1.2.2. Şəxsi mədəni gigiyena qaydalarına (saçının səliqəsini, bədəninin, paltarlarının, dırnaqlarının, dişlərinin təmizliyini gözləmək; tez və səliqəli soyunub, geyinmək; paltarlarını səliqə ilə yığmaq; yatağını səliqəyə salmaq) əməl edir.
1.3. Böyük, kiçik və hissi(sensor) motor hərəkətləri koordinasiya edir.
1.3.1. Əsas hərəkətləri (qaməti düz saxlamaqla istiqaməti və tempi dəyişərək yerimək və qaçmaq; yerində, uzununa və müxtəlif istiqamətlərə hoppanmaq; müxtəlif əşyaların üstü, altı və arası ilə sürünmək; məhdudlaşmış sədd üzərində müvazinəti saxlamaqla yeriş və yürüş; gimnastika nərdivanına istiqaməti dəyişməklə dırmanmaq; topu yerə vuraraq irəliləmək; kürəciyi diyirlətmək; qum kisəciyini atmaq, topu atıb-tutmaq) yerinə yetirir.
1.3.2. Fəaliyyət zamanı hərəki qabiliyyətlər nümayiş etdirir.
6 Uşaq şəxsiyyətinin hərtərəfli inkişafı təmin olunur. Onlarda təmkin, israr, qətiyyət, cəsarət, təşkilatçılıq, təşəbbüskarlıq, müstəqillik, yaradıcılıq və fantaziya etmək kimi qabiliyyətlər inkişaf edir.
1.3.3. Əşyalardan (karandaşlar, flamaster, rəngli təbaşir, rəngli boya, mozaika, musiqi oyuncaqları, yapışqan, pazlalar, qayşı, düymə), təbiət, tullantı və tikinti materiallarından təyinatına görə istifadə edir.
1.3.4. Müxtəlif məsafələrdə olan əşyaları sensor və emosional xüsusiyyətinə (forma, rəng, hərəkət, ölçü, səs, dad və iyinə) görə ümumiləşdirir və təsnif edir.
1.4. Təhlükəsizlik qaydalarına əməl edir.
1.4.1. Sadə təhlükəsizlik qaydalarına (təhlükəli heyvan, bitki və əşyalar, dərman və kimyəvi preparatlarla müvafiq qaydada davranmaq; yol hərəkəti qaydalarına riayət etmək; situasiyaya uyğun yanğınsöndürən, təcili yardım və polisə cağırışlar etmək; özünə və başqalarına ilkin yardım göstərmək; təbiət və fövqəladə hadisələr zamanı ehtiyat tədbirləri görmək; məişətdə ehtiyatlı davranmaq) əməl edir.
Rasif Rəhim