Qadin.NET / Mən şəkil çəkirəm dərs- 4

Mən şəkil çəkirəm dərs- 4

Hər hansı bir şəkli çəkməyə başlayan zaman ilk olaraq uşağın onu necə təsvir edəcəyinə şərait yaradın. Əgər onda heç bir şey alınmırsa, detalları izah etməyə başlayın. Bu günki dərsdə kəpənək şəkli çəkməyi öyrənəcəyik.

İlk olaraq həmişə olduğu kimi vərəq və karandaşlınızı götürün və uşağa başa salın ki, kəpənək şəkilini onun gövdəsini çəkməklə başlamaq lazımdır. Hissələri mərhələli göstərin. Səliqəli görünməsi üçün əlavə xətləri sonradan silmək olar. Əsas uşaq nə çəkdiyini dərk etməlidir.

 

 

Qanadlarının forma və böyüklüyü sərbəstdir.

 

 

Kəpənəyi bəzəyəndən sonra artıq xətlər silinir.

 

Rəgləmə işi də zövq və fantaziyadan asılıdır.
Bu üsul sizə bir qədər qəliz görünə bilər. Amma tədricən uşaq şəkil çəkməyi öyrəndikcə sadə şəkillər çəkmək istəməyəcək, o zaman bu variantı götərə bilərsiniz.
Mən şəkil çəkirəm dərs- 4
Maraqlı gəldisə, digər variantlara da nəzər salaq.
Oval çəkib onu 2 hissəyə bölün
Mən şəkil çəkirəm dərs- 4
Qanadlar çəkildikdən sonra kəpənəyi səliqəyə salmağa başlayaq.
Xallarını və ya digər bəzəklərini də unutmayın.

Artıq hissələr silindikdən sonra onu rəngləyin.
Bu üsulu da sevəcəyinizə ümüd edirəm.
Mən şəkil çəkirəm dərs- 4






26 may 2015
GO BACK