Şəkil uşağın təkcə motor hərəkətləri inkişafı üçün lazım deyil, həm də o yaradıcıllığın inkişafı, forma və rəngləri tanımaq və yadda saxlamaq üçün lazımdır. Əvvəlcə sadə karandaş və ya qələmdən istifadə edin, sonra rəngləməyə başlayın.
Karandaşla çəkməyi öyrənək
İlk dərs böyüklərin yardımı ilə olmalıdır. Uşağa qələmi düzgün tutmaqda kömək etmək lazımdır. Kiçik rəssam özündə xətti çəkmək üçün güc hiss etməlidir. Sonra ona şərait yaratmaq lazımdır ki, müxtəlif istiqamətlərə xətlər çəksin. Bundan sonra dairə, düzbucaqlı kimi sadə fiqurlara keçmək olar. Tədricən uşaqda çəkmə vərdişləri formalaşacaq. O daha çətin süjetlər seçəcək və vərəq üzərində öz fantaziyasının nümayiş edəcək. İlk ləvazimatları alan zaman onların ləvazimatın qalın və yağlı olmasına fikir verin, karandaşlar vərəq üzərində möhkəm basılmadan belə tünd izlər qoymalıdır.
Uşaqlara karandaşla şəkil çəkməyi öyrətmə mərhələləri
Hər kəsə təbiət istedad verib, onu inkişaf etdirməyə isə tez başlamaq lazımdır. Mərhələlərlə karandaş vastəsilə şəkil çəkmək həm çox maraqlıdır, həm də uşaqlar üçün faydalıdır. Kiçik yaşlardan əl motor hərəkətlərini inkişaf etdirməyin psixoemosional vəziyyətin yüksəlməsinə səbəb olması təsdiq edilmişdir. Karandaş və ya flomasterdən istifadə edən uşaq asan idarə olunan olur, onun çox gözəl estetik zövqü olur, ətraf mühütlə çox tez hormoniya təşkil edə bilir. Bu böyüklər üçün də keçərlidir, biz şəkil çəkən zaman əsəblərimiz sakitləşir. Bu bitib tükənməyən stresin dərmanıdır!
Uşaqları şəkil çəkməyə sövq etmək niyə görə vacibdir? Öz körplərinizə kömək edin! Sizin körpəniz hələ çox balacadır, çox şeyi dərk etmir, o hələ karandaşı düzgün belə tutub kağıza təzyiq edə bilmir. Ona kömək edin! Təzə vaxtlarda karandaşın çəkməməsi uşağın həyəcanlanmasına səbəb ola bilər. Onu ruhlandırsanız, bu tezliklə onun sevimli sənətinə çevriləcək.
Karandaşla mərhələli çəkməklə, uşaq ona tanış olan obyektləri çəkməyə başlayır, əvvəlcə sadə adam təsviri yaratmağı bacarmalıdır, sonralar isə daha dolğun forma vermək olar. Təbiətdə və həyatda gördüyü təsvirləri oxşatmalıdır. Məhz bundan sonra uşaq ətraf aləmə və əşyalara başqa cür baxmağa başlayacaq.
Müxtəlif variantlarda təqdim olunan sadə örtük təsivirlərini uşaqlarınızla bir yerdə çəkin.
Bu sadə tırtıl rəsmini də uşaqlar çox böyük həvəslə çəkməyə can atacaq.
Bunu biq qədər də sadələşdirmək olar.
Balıq şəklinin də müxtəlif çəkilmə ardıcıllıqları var.
Daha bir balıq təsviri ilə akvariumda müxtəlif növ balıqlar canlandırmış olacaqsınız.