"Göz-göz"
Yaş: 8-12
Yerdə gözlər (xətlər) çəkin. Daşı birinci gözə qoyub, tək ayaqlı, həmin daşı gözlərdən keçirməyə çalışın. Kim daşı gözlərdən daha tez keçirmiş olsa oyunu da o udmuş hesab olunur. İki ayağın yerə toxunması ilə oyun pozulmuş olur və oyun yenidən başlanır.
Oyunda dəqiqlik, çeviklik, müvazinəti düzgün saxlamaq tələb olunmaqla yanaşı, oyun sadalanan həyatı keyfiyyətlərin də artmasına kömək edir, hərəki qabiliyyətlərin formalaşmasına yardımçı olur.
Sapand ilə daş atma
Yaş: 10-14
Ləvazimat: sapand
Sapand iki növ olur: 1. Uzaq məsafəyə daş atmaq üçün: bu növ sapant adi bir parça qırığından ibarətdir. Yarım metr uzunluğunda, 3-4 sm enində bir parçanın içinə daş qoyularaq uzaq məsafəyə atılır. Kimin daşı daha uzaq məsafəyə düşürsə, o qalib sayılır.
2. Müəyyən nişan vurmaq üçün: bu növ sapant haçalı ağacdan düzəldilir. Haçası 8-10 sm olan bir haçalı ağac əldə olunur. Ağacın hər
iki qoluna dar rezin parçası bağlanır. Rezin gərgin olmalıdır. Rezinin içərisində daş qoyulur. Rezin dartılır və birdən buraxılır. Daşı daha çox uzağa və nişangaha düzgün atmış oyunçu qalib sayılır.
Düzgün atmaq
Yaş: 10-14
Oyunçuların sayı: 2-6
Ləvazimat: 10 sm enində və 10 sm uzununda kiçik kisələr (torbalar) tikməli. Kisələr qalın parçadan olmalı. Kisələrin sayı oyunçuların sayı qədər olmalı. Adi bir stul (oturacaq): torbaları qum ya noxud ilə doldurub ağzını möhkəm bağlamalı. Oyunçular 6-7 addım məsafədə növbə ilə kisələrini atmalıdır.
Hər bir oyunçu kisəni elə atmalı ki, kisə stolun üstünə düşsün və onun üstündə dayansın. Oyun bir neçə dəfə oynanılır. Hərəkəti ən çox düzgün icra edən edən oyunçu onun qalibi sayılır. Bu oyun uşaqlarda diqqətli olmağı, düzgün atmağı, öz gücündən səmərəli istifadə etmə qaydalarını öyrədir.
Yayla tullanmaq
Yaş: 10-14
Köhnə çarpayı döşəklərinin yayını (prujununu) tapın. Yaxud məftildən yay düzəldin. Şəkildə göstərildiyi kimi ayağınıza bağlayın və istədiyiniz kimi atılıb düşün. Bu oyun müvazinət saxlamağı öyrətməklə, həm də cəldliyi, çevikliyi inkişaf etdirir. Bundan əlavə
ayaq-qıç əzələlərini inkişaf etdirməklə onların gücünü artırır.
Uçan şar
Yaş: 10-14
10 ədəd qalın kağız parçaları hazırlayıb bu parçaları bir-birinə yapışdırın. Əmələ gəlmiş şarın başına bir məftil halqa yapışdırın. Halqanın ortasından bir məftil keçirin. Bu məftilə bir parça spirtə salınmış pambıq bağlayın. Pambığı yandırın. Şarın içərisində olan hava isinib şişəcək və şarın içərisindən çıxacaq. Şar yüngülləşib uçacaqdır. Şarı həyətdə və sakit havada uçurulması məsləhətdir.
Noxud sal!
Yaş: 10-14
Oyunçuların sayı: 2-6
Oyun iştirakçıları hər bir əlinə 10 ədəd noxud yaxud noxud boyda xırda daş götürüb, butulkaya və ya ona oxşar hər hansı qaba salmağa çalışır. Qaba kim daha çox noxud salarsa, oyunu qazanır. Noxudu salarkən əli döş qarşısında tutmalıdır.
Baloğlan Quliyev "Mütəhərrik və əyləncəli oyunlar"