Qadin.NET / Azərbaycan milli uşaq oyunları-6

Azərbaycan milli uşaq oyunları-6

Azərbaycan milli uşaq oyunları-6

Top kimə dəysə

Yaş: 10-14

Oyunçuların sayı: 10-20 uşaq

Meydançada böyük bir dairə çəkilir. Uşaqların bir hissəsi dairənin içərisinə doluşurlar. O biri hissəsi dairənin kənarında bir birindən bir metr məsafədə dayanırlar. Dairədən kənarda olan uşaqların əllərində top olur. Oyun başlanır. İstər dairə daxilindəki uşaqlar və istərsə də dairə xaricində olan uşaqlar var-gəl edirlər. Bir-birinə ötürməklə (rəqibi aldatmaq məqsədilə) hücum təşkil etməyə cəhd göstərirlər. Dairə içərisində olan uşaqlar isə əksinə hərəkət edirlər, özlərini müdafiə etməyə, topun dəyməsindən qorunmağa çalışırlar.

Dördbucaq ("Yer tutma")

Yaş: 10-14

Oyunda 5 uşaq iştirak edir.

Həyətdə bir dörd bucaq şəkli çəkilir. Uşaqların hər biri bir bucaqda dayanır. Beşinci uşaq ortada dayanır. Bucaqda duran uşaqlar yerlərini dəyişdirirlər. Bu zaman ortada duran uşaq bucaqlardan birini tutmağa çalışır. Yeri tutulan uşaq və oyunu uduzmuş hesab edilir və ortaya çıxır. Oyun bu qayda ilə davam etdirilir.

Bayrağı tap görüm

Yaş: 10-13

Oyunda 8-10 uşaq iştirak edir.

Oyun ləvazimatı: gözü bağlamaqdan ötrü hər bir uşaq üçün bir yaylıq.

Yaylıq uşağın özününkü olmalıdır. Uşaqlar dairə təşkil edirlər. Dairənin ortasında 8-10 addım məsafədə bayraq sancılır. Uşaqlar gözlərini yaylıqları ilə bağlayırlar. Rəhbər komanda verir: sağa, sola dön! İrəli addımla marş! və s. Uşaqlar həmin komandanı icra

edirlər. Rəhbər yenidən komanda verir: bayrağa doğru marş! Uşaqlar 8-10 addım bayrağa doğru addımlayırlar. Yeni komanda verilir: dur və gözəlrini aç! uşaqlar gözlərini açır və mərkəzdəki bayrağa baxırlar.

Kim addımlayaraq bayrağa daha yaxın gəlibsə, həmin uşaqlar qalib hesab olunur. Beləliklə, oyun bir neçə dəfə davam edir. Bayrağı görməmək şərti ilə dəsmal gözə bağlanmalıdır. 

Azərbaycan milli uşaq oyunları-6

Gizlən, səni görməsinlər

Yaş: 10-13

Oyunda 10-20 uşaq iştirak edir.

Oyun kol-koslu, kələ-kötürlü, enişli-yoxuşlu, dərəli-təpəli yerlərdə oynanılır.

Uşaqlar bir kənarda sıraya düzülürlər. Bir rəhbər və bir "aparıcı" seçirlər. Aparıcı 50-100 addım qabağa keçir və arxası uşaqlara durur. Rəhbər fit verir, uşaqlar hərəsi bir kolun, ya təpənin dalında gizlənirlər. Rəhbər ikinci dəfə fit verir, aparıcı çevrilir və bir dəqiqə müddətində baxır. Görə bildiyi uşağı adı ilə çağırır. Gizlənə bilməyib görünən uşaqlar oyundan çıxarılır. Sonra rəhbər yenə də fit çalır, uşaqlar isə qaçıb ağacların, kol-kosun, daşların arxasında gizlənirlər. Bu qayda ilə oyun davam edir. Gizlənmə müddətində gizlənən uşaqlardan biri top ilə aparıcını vura bilirsə, o uşaq aparıcı rolunda çıxış edir. Bütün uşaqlar tapıldıqdan sonra oyun bitir.

Oyunun daha da səmərəli təşkili və keçirilməsi başlıca şərtlərdən sayılır. Burada oyunçu aparıcı tərəfindən tapıldıqda o cığallıq etməməli, könüllü olaraq uduzduğunu etiraf etməli və digər oyun. İştirakçılarının narazılığına şərait yaratmamalıdır. 

Oyunda başlıca məqsəd hər hansı bir xoşagəlməz hadisə baş verdikdə (fövqalədə vəziyyət, müharibədə düşməndən özünü qoruyub

ona zərbə endirmək) cəldlik göstərib tam olaraq qaçıb gizlənmək, özünü təhlükədən qorumaq, lazım gəlsə, gizləndiyi yerdən çıxıb

düşməni məhv etmək və s. keyfiyyətləri aşılamaqdan ibarətdir.

Baloğlan Quliyev "Mütəhərrik və əyləncəli oyunlar"

31 avqust 2016
GO BACK