“Şirinlər” Belçikalı rəssam Pierre Cullifordun hazırladığı cizgi romanıdır və onun əsnasında çəkilmiş animasiyadır.
O, bu cizgi romanını 1958-ci ildə tamamlamış və 1981-ci ildən isə animasiyalı film olaraq televiziya üzü gördü.
Yayımlandığı andan etibarən böyük bir kütlənin marağına səbəb olan bu cizgi serialı dünyanın bir çox ölkələrində və bir çox dillərdə ekranlaşdırılmışdır.
Bu cizgi serialı cəmi 9 fəsil və 421 seriyadan ibarətdir, hər seriya isə 22 dəqiqədir.
Filmdən bəlli olduğu kimi Şirin babanın 99 oğlu və bir qızı vardır.
Onun əsl adı Schtroumpfdur və şirinlərin lideridir.
Şirinlərin hər biri eyni geyinsə də, o, qırmızı paltarları ilə onlardan fərqlənir.
Bununla yanaşı sehrbazlıqda da çox bacarıqlı biridir.
Bu animasiyalı cizgi filmində Şirinlərin baş düşməni Qarqamel və onun pişiyidir. Qarqamel Şirinlərin varlığından xəbərdar olan yeganə adamdır. Məqsədi isə onları tutub qızıla çevirməkdir. Beləcə də varlanmaqdır.
Onun pişiyi isə bu işdə daim Qarqamelə kömək edir, amma onun zü də şirinləri yemək istəyir. Beləcə filmboyu Şirinlərlə Qarqamelin mübarizəsi davam edir.