Nəzərinizə çatdırım ki, bir vaxtlar İngiltərədə labirintlər dəbdə idi.
Belə ki, bir tarixi dövrdə adı keçən ölkədə evlərin bağçalarında çiçəklərdən labirint şəklində ərazilər düzəldirdilər.
Evinin qarşısında labirint bağçası olan hər bir sahibkar öz bağı ilə fəxr edirdi.
Bu zaman çiçək labirintində hər növdə və rəngdə çiçəklərə də yer verilirdi.
Bir çox hallarda isə bağlarda labirint yollar salınar və bu yolları ətrafını da yaşıllıqla əhatələyərdilər.
Hal-hazırda belə İngiltərədə yetərincə labirint bağı vardır.
Bunlardan ən məşhuru Londonun yaxınlığında yerləşən Hampton Kourtdadır.
Hazırkı dövrdə psixoloqlar da labirintlərə çox müraciət edirlər.
Bir sıra psixoloji testlərdə labirintlərdən geniş şəkildə istifadə edilir.
Hər birimizə bəsit görünən bu labirintlər əslində güclü bir təsirə malikdir.
Təbii ki, burada müsbət təsirdən söhbət gedir. Ona görə də uşaqları elə ilkin yaşlarından belə məntiqi tapşırıqlara alışdırmaq lazımdır.