Əziz valideynlər, müəllimələr və ya sadəcə marağından bu xəbərə baxanlar, sizləri də nəzərə alıb labirint barədə müəyyən maraqlı faktlar və ya rəvayətlər qeyd edəcəyəm.
Yunan mifologiyasında labirint kimi ərazilərdən ilkini Dedalus adlı memar inşa etmişdi.
Onun bu labirinti Girit kralı Minos üçün tikdiyi barədə rəvayətlər vardır.
Deyilənlərə görə, Girit kralı Minos bədəni insan, başı isə buğa başı olan bir minotavrı labirintlərin birində həbs etmişdir.
Bir gün Minosun qızı olan Ariadnenin sevgilisi Teseus o minotavrı öldürmək üçün Giritə gəlir.
Ariadne ona labirintdən çıxarkən yolu rahat tapa bilməyi üçün bir yumaq ip verir.
Teseus labirintə girərkən bu ipi açacaq və ip yerdə qalacaqdı.
O, sonra labirintdən çıxarkən ipin getdiyi yolu izləyəcək və ipi dolaya-dolaya labirintdən çıxacaqdı.
Beləcə, Teseus minotavrı öldürdükdən sonra rahatlıqla labirintdən çıxa bildi.
Son dövrlərdə Girit ərazisində aparılan arxeoloji qazıntılar zamanı Knosos yaxınlığındakı bir dağda bu rəvayətdə qeyd edilən labirintə bənzəyən bir tikili qalıntılarına rastlanılıb.
Bundan bir müddət sonra isə Misirdə də belə bir labirintin qalıntıları arxeoloji qazıntılar zamanı tapılmışdır.
İndiki dövrdə bir çox lunaparklarda əyləncəli labirintlərlə qarşılaşmaq da mümkündür.