Əgər uşağın cəmi 2-3 yaşı vardırsa, o zaman əvvəl müəyyən detallar çəkməklə sadə şəkil texnikaları (xətlər, dalğalar, buruqlar) öyrədilir. Əgər artıq 4 yaşı vardırsa, o zaman adi qələm, rəngli karandaş, boyadan istifadə edərək müəyyən təsvirlər çəkmək mümkündür. Növbəti xəbərlərdə onları da təqdim edəcəyəm.
Nədən başlamalı?
İlk növbədə yaradıcılığa həvəsi oyatmaq lazımdır. Maraq olduqdan sonra uşağa şəkil çəkməyi öyrətmək elə də çətin olmayacaq.
Sizə lazım olacaq: rənglər, böyük ağ vərəq, fırça, adi süngər, su üçün stəkan. Əvvəlcə çirklənməyinə heyfiniz gəlməyən geyimlər geyinin. Çünki əgər uşağın yaşı 5-dən azdırsa, o hər yanı ləkələyəcək. Uşağa şəkil çəkməyi öyrətmək üçün həftədə 2-3 dəfə 10-20 dəqiqə sərf erməlisiniz.
Şəkil texnikası: sərbəst iş
İlk növbədə sərbəst işləməyə alışdırmaq lazımdır. İlk məşğələ üçün ən ideal dərs ağ vərəq və akvareldir. O, rəngləri qarışdırır və vərəqə cızıqlar çəkməyə başlayacaq. Fırçanı uşağın əlinə verin. Qoyun hiss etsin ki, şəkil çəkməkdə çətin bir şey yoxdur. Uşaq yorulmasın deyə ilk dərs 10 dəqiqədən çox olmamalıdır.
Şəkil texnikası: sehrli süngər
Beləliklə, əgər sizdə kuaş və A3 kağızdan balaca olmayan vərəq varsa, o zaman başlaya bilərsiniz. Süngəri rəngə salıb onu kağıza sıxın, bu zaman kağızda süngərin formasını əks edən şəkil meydana çıxacaq. Yaxşı olar ki, süngər üçbücaq, dairə və ya dördbucaq şəkllində olsun. Bu zaman fiquru flomaster və ya karandaşla da tamamlamaq olacaq. Əgər süngər dördbucaqlıdırsa, quruyandan sonra flomasterlə ona pəncərə və dam da çəkmək olar. Uşağa öz fantaziyasını işlətməyə şərait yaradın.
Şəkil texnikası: yaş tərz
Əgər sizin iri və möhkəm vərəqiniz varsa, o zaman akvarellə möcüzələr yarada bilərsiniz. Əvvəlcə kağızı isladın. Sonra uşaq orada akvarellə çəkməyə başlasın. Şəkil bir qədər axmağa başlayacaq və çox qeyri-adi forma alacaq.
Bunları etmək olmaz!
1. Uşağın çəkdiyi heç nəyə düzəliş etməyin, bu onu incidəcək.
2. Heç nəyi dəqiq çəkməsini tələb etməyin, hər şeyin öz vaxtı var.
3. Balaca uşaqlar şəkil çəkmirlər, sadəcə rənglər və kağızla oynayırlar. Bu cür şəkillərə rişxəndlə yanaşmayın. Bu onların xətrinə dəyəcək. Bu, onda şəkil çəkməyin boş xərclənən zaman olması fikri yaradacaq.
İndi siz bilirsiniz ki, uşaqlara şəkil çəkməyi necə öyrətmək lazımdır. Nəyi etmək olar, nəyi etmək olmaz! Çəkməyə başlayın!