Əziz valideynlər, nənələr, babalar, xalalar, bibilər, uşaqlarınızı da yanınızda oturdaraq onlarla birlikdə nəticəsini hər iki dünyada görəcəyiniz beş dəqiqəlik maraqlı və faydalı zaman keçirin.
Gözəl bir yaz günü idi. Ortalıq səssiz, ağacların yarpaqları və budaqları asta-asta meh əsintisiylə rəqs edirdilər.
Kiçik Məryəm o gün erkəndən oyanmışdı. Nənəsi ona hər şeyin öz sözləri ilə öz dilində "Allah" dediyini söyləmişdi.
Quşlar ağacların budaqlarına qonmuş, yelləncəkdə yellənir, həm də ötüşürdülər. "Onlardamı "Allah, Allah..." deyirlər?"
Qocaman qarlı dağlar,
axan çaylar, hər gün oyanan Günəş: bunları düzənləyən kimdir?"
Kiçik Məryəm nənəsinin yanına gedib suallarını verməyə başladı:
"Gözəl nənəm, ulduzları kim asılı tutur?"
"Allah".
"Yeri, göyü, havanı da Allah yaradıb?"
"Bəli, Məryəm qızım. Göy üzünü ulduzlarla, ay və Günəşlə bəzəmişdir.
Dağlar, təpələr,
çəmənliklər, ətirli çiçəklər,
sevimli heyvanlarla yer üzünü gözəl yaratmışdır".
"Anamı, atamı, səni və məni də O yaradıb?"
"Bəli, bəli. Hər şeyi, hər şeyi.
"Hmm, onda sahibimiz Allahdır."
"Bəli, düz tapmısan, gözəl qızım. Buna görə hər şey Allahın adını anır, yəni zikr edir."
"Biz insanlar da?"
"Biz insanlar da. Amma bunu bilməyimiz üçün qəlbimizin "Allah" deməsini eşitməliyik. Bunun üçünsə dərslərinə çalışdığın kimi çalışmaq lazımdır. Allaha dost olan, vəli olan hər kəs üçün bu su içmək kimi asandır."
"Hər zaman "Allah" demək? Yəni Allahı hər zaman xatırlamaq?"
"Bəli ağıllı qızım! Hər zaman Allah, hər zaman xoşbəxtlik!"
"Mənim oxu kitabım, dərsliyim Sənsən Allahım! Sən çox güclüsən! Məni çox sevdiyin üçün Sənə çox təşəkkür edirəm! Mən də Səni bax belə:çoxlu-çoxlu sevirəm Allahım!"