Şəkilləri çəkərək rəngləyib, eyni zamanda da rəqəmləri öyrənmək və ya təkrarlamaq zamanı gəldi.
Şəkiləri rənglədikdən sonra orada təsvir edilənlər barədə uşaqla müzakirələr edə bilərsiniz.
Bir qədər fantaziya işlədərək şəkillər üzərində uşağa müəyyən tapşırıqlar da verə bilərsiniz.
Məsələn, bir neçə şəkli uyğunlaşdırıb onlar haqqında kiçik bir nağıl quraşdırmaq mümkündür.
Uşaq şəkillərə baxaraq fantaziyasına uyğun bir nağıl danışa bilər.
Bundan əlavə şəkildəki hər hansısa təsvirə aid bir tapmaca da deyə bilərsiniz.
Əgər elə bir tapmaca yoxdursa, onu özünüzdən quraşdırmaq heç də çətin deyil.
Unutmayın ki, uşaqlar əylənərək öyrənirlər.
Ona görə də əyləncəyə zaman ayırarkən diqqətli olmaq lazımdır ki, uşaq bu əyləncədən mütləq nəsə öyrənmiş olsun.
Ümid edirəm ki, sizə təqdim etdiyim bu iş vərəqləri uşaqların təlim və tərbiyəsində hər birinizə yardımçı olacaqdır.
Hər birinizə balacalarınızla uğurlar arzulayıram.