Bu gün sizə rəqəmlərlə əlaqəli növbəti xəbərimi təqdim edəcəyəm. Əgər uşağınız rəqəmləri yenicə öyrənibsə, bu onlar üçün çox gözəl bir tapşırıq olacaqdır.
həm də həmin şəkilləri rəngləyəcəklər.
Beləcə həm rəqəmləri təkrarlamış olacaq,
Həm də rəngləri öyrənəcək, eləcə də hər rəngin özünün öz yerinin olduğunu görəcəklər.
Sadəcə olaraq rəng seçimində onlara bir qədər kömək edin.
Çalışın ki, doğru ərazilər üçün doğru rənglər seçə bilsin.
Bundan əlavə şəkildəkilər barədə nə bildiklərini soruşa bilərsiniz.
Beləcə onların nitqləri də gözəl inkişaf etmiş olacaqdır.
Bununla yanaşı fikirlərini də sərbəst izah etmə qabiliyyəti formalaşacaqdır.
Ən əsası isə gün ərzində uşağınızla gözəl bir zaman keçirmiş olacaqsınız.
Bu həm sizin, həm də onun üçün çox maraqlı olacaqdır.
Hər birinizə uğurlar!