Qadin.NET / Pazllar ("Jack Frost-yuxu qoruyucuları")

Pazllar ("Jack Frost-yuxu qoruyucuları")

“Jack Frost: yuxu qoruyucuları” (əsl adı: Rise Of The Guardians) animasiya filmi 2012-ci ildə çəkilmiş və ailə-macəra filmidir. Dream Works Animation tərəfindən çəkilmiş və Paramount Pictures tərəfindən təqdim edilmişdir. Filmin rejissoru Peter Ramseydir. Bu animasiyalı filmin süjetində William Joyce-un əsərindən faydalanılmışdır. Bu animasiya filmi 2012-ci il oktyabr ayının 10-da izləyicilərə təqdim edilmişdir (ABŞ). Filmin müddəti cəmi 97 dəqiqədir. Original dili isə ingilis dilidir. Ümumi büdcəsi 145 mln ABŞ dolları olmuşdur və 306,941,670 ABŞ dolları gəlir gətirmişdir.

Pazllar ("Jack Frost-yuxu qoruyucuları")

İndi isə filmin süjet xətti barədə söhbət açaq. Uşaqların xəyali qəhrəmanlarından bir neçəsi burada realdır və uşaqların yuxularını qoruyur.

Pazllar ("Jack Frost-yuxu qoruyucuları")

Bunlar Diş pərisi, Pasxa dovşanı, Santa Klaus və Qum adamdır.

Pazllar ("Jack Frost-yuxu qoruyucuları")

Onlar uşaqların yuxularını, arzu və xəyallarını qoruyurlar.

Pazllar ("Jack Frost-yuxu qoruyucuları")

Birdən onların ümumi bir düşmənləri peyda olur və o, qəhrəmanların qoruduğu uşaqların yuxularına hücum edir. Ay işığı bu düşmənlə mübarizə aparacaq olan qəhrəmanı seçir.

Pazllar ("Jack Frost-yuxu qoruyucuları")

Bu isə Jack Frostdur. Jack buz adamıdır.

Pazllar ("Jack Frost-yuxu qoruyucuları")

O, buz üzərində hökmranlıq edə bilir.

Pazllar ("Jack Frost-yuxu qoruyucuları")

 Yüz illər bundan əvvəl adi adam olmuş və bir qəza nəticəsində ölmüşdür.

Pazllar ("Jack Frost-yuxu qoruyucuları")

Sonradan dirildilmiş və qəhrəmana çevrilmişdir.

Pazllar ("Jack Frost-yuxu qoruyucuları")

Amma uşaqlar onun varlığına inanmadıqca o, heç kimin gözünə görünə bilmirmiş.

Pazllar ("Jack Frost-yuxu qoruyucuları")

Jack uşaqların gözünə görünə biləcəkmi, o, düşmənə qalib gələcəkmi? Bununla yanaşı filmdə baş bir sıra başqa maraqlı hadisələr də cərəyan edir ki, bunu da filmə baxsanız, görəcəksiniz. wink

Pazllar ("Jack Frost-yuxu qoruyucuları")
24 mart 2015
GO BACK