Qadin.NET / Pazllar ("Fiksiklər")

Pazllar ("Fiksiklər")

“Fiksiklər” (Фиксики”) rus animasiyalı cizgi serialıdır. Bu cizgi serialını çəkərkən istənilən yaşlı uşaqlar nəzərdə tutulub.  

Pazllar ("Fiksiklər")

Cizgi serialı Eduard Uspenskinin “Qarantiya adamcıqları” (“Гарантийные человечки”) povesti əsasında çəkilib. Cizgi serialı 13 dekabr 2010-cu ildən Rusiyanın ictimai televiziyasında gedən “Gecəniz xeyir, körpələr!” ("РЎРїРѕРєРѕР№РЅРѕР№ ночи, малыши!") verilişində izləyicilərə təqdim edilməyə başlayıb. 

Pazllar ("Fiksiklər")

Bundan sonra isə müxtəlif dövrlərdə müxtəlif telekanallarda göstərilməyə başlanılıb. 

Pazllar ("Fiksiklər")

Cizgi serialı Fiksiklər ailəsi haqqındadır.

 Pazllar ("Fiksiklər")

Onlar kiçik insanlardır, texniki avadanlıqların içində yaşayır və onların qırılmış, xarab olmuş hissələrini təmir edirlər. 

Pazllar ("Fiksiklər")

 Fiksiklər cəmi 10 nəfərdir: Papus, Masya və onların uşaqları (Simka və Nolik), babaları Dedus, sinif yoldaşları Fayer, İqrek, Şpulya və Verta. 

Pazllar ("Fiksiklər")

Serialda Dimdimıç adında 8 yaşlı oğlan da çəkilib. 

Pazllar ("Fiksiklər")

Fiksiklər onun evində yaşayır. Filmdə onun valideynləri və iti də çəkilib.  

Pazllar ("Fiksiklər")

Dimdimıç bir gün balaca insanları görür və beləcə onlar tanış olurlar. Amma o, bunu valideynlərindən gizlətməli olur. 

 Pazllar ("Fiksiklər")

Beləcə serial ərzində onlar həm dostluq edir, həm də bir-birlərinin köməklərinə çatırlar. 

Pazllar ("Fiksiklər")

Serialın ikinci hissəsində artıq yeni üzvlər çəkilib. “Fiksiklər” cizgi serialının rejissoru Qeorqiy Vasilyeviçdir.

 Pazllar ("Fiksiklər")

Bu cizgi serialının 156 seriyalı olacağı planlaşdırılıb. Hər seriya ən az 4:45, ən çox 6 dəqiqədir. 

Pazllar ("Fiksiklər")
28 fevral 2015
GO BACK