Qadin.NET / Şeir öyrənək-1

Şeir öyrənək-1

 

Şeir öyrənək-1

 

Nəzakət

Mənim adım Nəzakətdi,

Amma "Nazzı" deyirlər.

Dərsə getmək istəyirəm,

"Yaşın azdı" deyirlər.

(Qəşəm İsabəyli)

Yumurta

Nə olsun canımız var,

Canlı ki sayılmırıq.

Canlanmaq yuxusundan

Çoxumuz ayılmırıq.

Görməyə gözümüz yox,

Danışmağa dilimiz...

Ağ... sarı... çil-çil... qonur...

Adi yumurtayıq biz.

(Qəşəm İsabəyli)

 

Şeir öyrənək-1

 

 

Ay qış
Ay qış nə tez gedirsən,

Yağdırmadan qar bizə.

Bəs nə gətirəcəkdir

Gələndə bahar bizə?

(Qəşəm İsabəyli)

Nədir? 
-Göy nədir?

-Dayağımız.

-Yer nədir?

-Ayağımız.

-Biz kimik?

-Sabahımız.

(Qəşəm İsabəyli)

Ovçu
Babam quşu uçurdur ki,

Vursun göyün üzündə;

Babam bir ovçudur ki,

Quş yayınmaz gözündən.

(Qəşəm İsabəyli)

 

Şeir öyrənək-1

 

 

Üç kişi
Babam təkdi,

Atam təkdi,

Təkəm mən;

Tək-Allahdı,

Tək-Dünyadı,

Tək-Vətən.

Babam deyir:

-"3" ki var,

Tək rəqəmdi;

Bizim "3"-ün

Fərqi odur ki;

Cəmdi.

(Qəşəm İsabəyli)

Qoruq
-Bax, bu gördüyün dağın,

Döşü tamam moruqdu.

Amma gedə bilmədik...

-Niyə?

-Çünki qoruqdu!

-Belə də qoruq olar,

Harda görünübdü bu?!

-Qonur ayı yaradıb

Bu gördüyün qoruğu.

Deyir ki, qoy yetişsin

Sonra yeyək moruğu.

(Zahid Xəlil)

2 fevral 2015
GO BACK