Qadin.NET / Pazllar ("Caillou")

Pazllar ("Caillou")

Bu gün sizlər üçün Caillou adlı cizgi serialına aid olan şəkillərdən hazırladığım pazlları təqdim edəcəyəm. Pazlların kəsilmə formalarına diqqət edin. Fərqli fiqurları bir yerə yığmaq uşağınızın diqqətini iş üzərində cəmləyəmə daha da böyük köməkçi olacaq. Bununla yanaşı uşağınız həndəsi fiqurları da öyrənmiş olacaq. 

Pazllar ("Caillou")

Caillou (oxunuşu: Kayu) yazıçı Kristina L`Keureux və rəssam Helen Desputauxun birgə işi olan nağıl kitabı əsasında çəkilmiş çizgi serialıdır. Serialı çəkən ölkə Kanadadır.

Pazllar ("Caillou")

Serial Caillou adlı 4 yaşlı bir oğlan uşağının ətraf aləmlə və insanlarla olan gündəlik münasibətini özündə canlandırır. Original dili fransızcadır, amma müxtəlif dillərə (Amerikan, alman, türk və s.) tərcümə edilərək bir çox ölkədə izlənilir. 

Pazllar ("Caillou")

Caillou sözü fransızcadan tərcümədə çınqıl deməkdir, bu söz “keçəl” (saçsız baş) mənasında da işlədilir.  

Pazllar ("Caillou")

Göründüyü kimi filmdəki oğlan uşağının başında tük yoxdur. 

Pazllar ("Caillou")

Cizgi serialının rəhbərləri bu mövzu barədə suallara konkret olaraq belə cavab vermişlər (rəsmi saytlarında): Kitabdakı Caillou obrazının yaşı cizgi serialındakından çox azdır və körpələrin saçları da gur deyil. Cizgi serialın çəkilişi zamanı edilən xəbərdarlıq nəzərə alınmış və yaşı artırılsa da, bu obrazın görünüşü əsla dəyişdirilməmişdir.  

Pazllar ("Caillou")

Ona görə də 4 yaşında olmağına baxmayaraq onun başında tük yoxdur.

Pazllar ("Caillou")

Hər seriyanın müddəti 30 dəqiqədir. 

 

Pazllar ("Caillou")

Serial ilk dəfə 15 sentyabr 1997-3 oktyabr 2010 tarixində efirə verilmişdir. 

Pazllar ("Caillou")

Hər birinizə əyləncəli zaman keçirməyi arzu edirəm. 

Pazllar ("Caillou")
4 yanvar 2015
GO BACK