Qadin.NET / Pazllar ("Mənim anam dinozavrdır")

Pazllar ("Mənim anam dinozavrdır")

Əziz Qadın.Netlilər, bu xəbərimdə sizlərə "Mənim anam dinozavrdır"("Benim annem bir dinozor") adlı animasiya filminə aid şəkillərdən pazllar təqdim edəcəyəm.  Bu animasiya filmi 2012-ci il 7 dekabr tarixində izləyicilərə təqdim edilmişdi. 

Pazllar ("Mənim anam dinozavrdır")

Film Ernie adında bir oğlandan bəhs edir. O çox dəcəl bir oğlandır və anasının yüksək dərəcədə artan qayğısı onu bezdirir. 

Pazllar ("Mənim anam dinozavrdır")

Bacısı da daim onu izlyir və anasına şikayət edir. Yeganə maraq dairəsi oynamaq və dinozavrlar olan Ernie dostu Maks ilə bərabər dinozavr muzeyinə gedər və gününü orada keçirər. 

Pazllar ("Mənim anam dinozavrdır")

Maksın atası elm adamırıd və o zaman maşını ixtira etməyə çalışır. 

Pazllar ("Mənim anam dinozavrdır")

Muzeydə baş vermiş qəzanın səbəbkarı olan Ernie evə həbs edilir. Anası ona otağından çıxmağı qadağan edir. 

Pazllar ("Mənim anam dinozavrdır")

O isə evdən qaçaraq dostunun evinə gəlir. Bacısı isə onu şikayət etmək üçün izləyir. 

Pazllar ("Mənim anam dinozavrdır")

Beləcə bacısı da Maksgilə gəlir. Onlar dalaşarkən hiss etmədən bel Maksın atasının zaman maşınını hərəkətə gətirər və keçmişə gedərlər. 

Pazllar ("Mənim anam dinozavrdır")
Keçmiş dediyimiz isə dinozavrlar dövrüdür. Burada onların başlarına bir çox macəralar gələr. 
Pazllar ("Mənim anam dinozavrdır")

Onlar burada ən vəhşi T-reks dinozavrı ilə qarşılaşırlar.AMma bu vəhşi dinozavr onlara öz uşaqları kimi qayğı göstərməyə başlayır. 

Pazllar ("Mənim anam dinozavrdır")

Uşaqlar isə geri, öz dövrlərinə qayıtmaq üçün bir yol tapmalıdırlar. 

Pazllar ("Mənim anam dinozavrdır")

Film Amerika ilə Şimali Koreyanın birgə istehsalıdır. 

Pazllar ("Mənim anam dinozavrdır")

Ümid edirəm ki, həm bu xəbəri, həm də filmi izləyərkən (təbii ki, əgər izləmək istəsəniz) uşaqlarınızla gözəl zaman keçirmiş olacaqsınız. 

Pazllar ("Mənim anam dinozavrdır")
10 yanvar 2015
GO BACK