Qadin.NET / Maşınlar (Pazl)

Maşınlar (Pazl)

Əziz Qadın.Netlilər, bir çoxunuz Pixarın istehsalı olan "Maşınlar" animasiya filmini görübsünüz. Uşaqların, əsasən də oğlan uşaqlarının sevimlisi olan bu animasiya filmi, həqiqətən də, maraqlı və rəngarəngdir. Bu xəbərimdə bu animasiya filmini sevən dəcəl balalar üçün pazllar hazırlamışam. Ümid edirəm ki, bəyənər və faydalanarsınız. Əgər əlavə hansısa animasiya filmi və ya cizgi filminin pazl şəklində təqdim edilməyini istəyirsinizsə, o zaman şərhlərdə adlarını qeyd edin. Mən də müəyyən zaman çərçivəsində onları hazırlayıb sizə təqdim edim.  wink 

Maşınlar (Pazl)

"Maşınlar" animasiya filmi ilk dəfə 2006-cı ildə çəkilərək yayımlandı. 

Maşınlar (Pazl)

Pixarın çəkilişi və Disneyin yayımlandığı bu animasiya filmi qısa zaman ərzində çoxlarının sevimlisinə çevrildi. 

Maşınlar (Pazl)

Filmin ilk hissəsində yarışda qalib gəlmək istəyən bir maşından danışırılır.

Maşınlar (Pazl)

Şimşək adlı bu maşın qalib olmaq üçün əlindən gələn hər şeyi etməyə hazırdır.

Maşınlar (Pazl)

Sağlam rəqabətlə qalib gəlmək istəməyinə baxmayaraq o, özündən razı və təvazökarlığın nə olduğunu belə bilməyən bir xarakteri canlandırır. 

Maşınlar (Pazl)

Film boyunca psixoloji olaraq inkişaf edən bu obraz sonra özündə müsbət xüsusiyyətləri cəmləyə bilir.

Maşınlar (Pazl)

Bu animasiya filminin ilk hissəsinin müddəti 116 dəqiqədir.

Maşınlar (Pazl)

Amerika istehsalı bir filmdir.

Maşınlar (Pazl)

Bu animasiya filminin ilk hissəsinin ümumi büdcəsi 120,000,000 Amerika dollarıdır.

Maşınlar (Pazl)

Filmdən əldə edilən gəlir isə 461,983,149 Amerika dolları oldu.

Maşınlar (Pazl)

Əgər hələ də bu animasiya filminə baxmayıbsınızsa, baxmağınızı məsləhət görürəm.  wink

Maşınlar (Pazl)



28 avqust 2014
GO BACK