Uşaqlara rəngləri öyrədərkən əvvəlcə ana rənglər öyrədilməlidir. Sonra isə ara rəngləri öyrətmək olar. Rəngləri öyrədərkən həmin rəngin adını deyib göstərmək lazımdır. Sonra isə iki eyni əşyanı uşağın qarşısına qoymaq və lazım olan rəngin adını deyərək o iki əşyadan deyilən rəngdə olanı uşağa seçdirmək lazımdır. Rənglərin öyrədilməsi mütləq edilməli olan bir tapşırıqdır. Bir çox uşaqlarda hələ erkən yaşından rəng korluğu olur. Rənglərin öyrədilməsi bunun müəyyən edilməsinə kömək edir. Bundan əlavə rənglərin adlarını bilməyən adamların olması danılmaz bir faktdır. Elə böyük adamlar var ki, uşaq vaxtından onlara rənglərin adı öyrədilmədiyi üçün o, rəngləri seçə bilmir. Bu, sizə gülməli gələ bilər. Amma belə insanlarla qarşılaşmaq mümkündür.
Uşaqlara rəngləri öyrətdikdən sonra ətrafındakı əşyaları bir-bir göstərib rəngləri deməyini istəmək lazımdır. Beləcə o, həm rəngləri öyrənmiş olacaq, həm də hansı əşyanın hansı rənglərdə olduğunu bilmiş olacaqdır. Bundan əlavə təbiət ilə tanışlığını da rənglərin öyrənilməsi zamanı təşkil etmək olar. Bu zaman öyrədilən biliklər daha effektiv nəticə verəcəkdir.
İndi isə sizlərə uşaqlarınıza asan öyrədə biləyiniz üçün müəyyən rənglərdə olan əşyaların iş vərəqlərini təqdim edirəm.
Narıncı rəng
Qara rəng
Göy rəng
Qəhvəyi rəng
Yaşıl rəng
Qırmızı rəng
Bənövşəyi rəng
Sarı rəng
İndi isə qarışıq rəngli iş vərəqlərini təqdim edirəm.
Şəkildəkilərin rənglərini uşaqlardan deməyini istəyin.
Uşaqlarınızla xoş zamanlar keçirməyiniz diləyi ilə.