Uşaqlar sağ və sol tərəflərini hələ kiçik ikən öyrənməlidirlər. Özləri sərbəst yemək yeməyə başlarkən onlara çəngəli və qaşığı daim sağ əli ilə tutmaları deyilməlidir. Ayaqqabılarını geydirərkən sağ ayaqqabının sağ ayaq, sol ayaqqabının isə sol ayaq üçün olduğu göstərilərək geydirilməlidir ki, o, sağ və sol tərəf anlayışlarını qavraya bilsin. Sağ və sol tərəfləri bilən və yeni öyrənən uşaqlar üçün iş vərəqləri təqdim edirəm.
Buyurun, faydalanın.
Ümid edirəm ki, bir nəfər üçün belə olsa, faydası olacaqdır.
Bu tip iş vərəqlərini də bağçalarda tətbiq etmək mümkündür.
Bunları həll etmək üçün uşaq mütləq əvvəlcə sağ və sol tərəfləri yaxşıca öyrənməlidir.
Uşaqların biliklərinin möhkəmləndirilməsi üçün bu tip tapşırıqların həll etməsi mütləqdir.
Bunları ən azı iki uşaq arasında yarış şəklində də təşkil edərək öyrətmək olar.
Belə olduqda uşaqlar öyrənməyə qarşı daha da həvəsli olurlar.
Əminəm ki, yoxlasanız, razı qalacaqsınız.
Uşaqlarınızla xoş zamanlar keçirmək diləyi ilə.