Qadin.NET / "X-O" oyunu

"X-O" oyunu

Əminəm ki, "X-O" oyunu hər birimizə tanışdır. Uşaq vaxtı bu oyunu çox oynamışıq. İndi isə sizə bu oyunun başqa bir formasını təqdim etmək istəyirəm. Uşaqlar üçün bu oyunu adi vərəqə çəkib oynamaq bir qədər maraqsız ola bilər. Ona görə də köhnə oyuna yeni bir canlılıq qatmaq qərarına gəldik.  biggrin

Bu oyun məntiqi oyundur və uşaqlarda məntiqi təfəkkürü inkişaf etdirir.

"X-O" oyunu

3 ədəd X və ya O işarəsini üfüqi, şaquli, diaqonal formalarda ardıcıl ilk düzən şəxs qalib hesab edilir. 

"X-O" oyunu

Bu oyun iki nəfərlik oyundur.

"X-O" oyunu

Oyun sahəsi üçün rəngarəng iş vərəqləri təşkil edilib.

"X-O" oyunu

Oyun oynanılan sahənin belə rəngarəng olması uşaqlar üçün daha maraqlı olacaqdır. 

"X-O" oyunu

Oynayanların qız və ya oğlan olacağı nəzərə alınaraq hər cür rənglərdən istifadə edilib.

"X-O" oyunu

Oynamazdan əvvəl, qoyun, uşağınız özü istədiyi rənglərdə olan iş vərəqlərini seçsin.

"X-O" oyunu

İndi isə X ilə O-ı simvolizə edən şəkillərə gəlib çatdıq. X və O əvəzinə kəpənək və pandadan istifadə edə bilərsiniz.

"X-O" oyunu

Bundan əlavə, qızlar üçün üzük və qız şəkilləri var.

"X-O" oyunu

İçki və kiçik piroqlar.

"X-O" oyunu

Oğlanlar üçün top və binokl.

"X-O" oyunu

Qurbağa və cücə.

"X-O" oyunu

Yeməksevərlər üçün yumurta və hotdoq.

"X-O" oyunu

Naringi və pomidor.

"X-O" oyunu

Uşağınız hansını istəsə, onu da seçib kəsin və oyuna başlayın. Uşağınızla əyləncəli zaman keçirmək diləyi ilə.

"X-O" oyunu
22 iyun 2014
GO BACK