Qadin.NET / Çatışmayanı tap

Çatışmayanı tap

Bu oyun vasitəsilə uşaqların məntiqi təfəkkürü, eləcə də diqqəti inkişaf edəcəkdir. Şəkilləri əvvəlcə çap edin. Burada 9 iş vərəqi var. Sonuncu vərəqdə isə cavablardır. Uşaqlar şəkillərə diqqətlə baxmalı və məntiqə uyğun olaraq çatışmayan şəkli taparaq yerinə yapışdırmalıdırlar. Məsələn, bu birinci şəkildə 3 şəkil görürük. Kələmin qarşısında keçi var, amma yerkökünün qarşısı boşdur. Buradakı məntiq ondan ibarətdir ki, keçi kələm yeyir. Yaxşı, bəs hansı heyvan kök yeyir? Təbii ki, dovşan. Demək, uşaq son vərəqdəki dovşan şəklini bu birinci şəkildəki boş xanaya yapışdırmalıdır. 

Çatışmayanı tap

Uşaqlara sual verərək ona kömək edin. 

Çatışmayanı tap

Məsələn, "Səncə ayaqla ayaqqabı arasında nə əlaqə var?" 

Çatışmayanı tap

Beləcə şəkillərdəki məntiqi tapmaq üçün ona ipucu vermiş və kömək etmiş olacaqsınız. 

Çatışmayanı tap

Bu oyunu da qrup şəklində, eləcə də minimum 2 uşaq arasında yarış şəklində təşkil edə bilərsiniz.

Çatışmayanı tap

Bundan əlavə ona şəkillərlə əlaqəli əlavə suallar da verin.

Çatışmayanı tap

Məsələn, ondan siçanın başqa nələr yediyini və s. bu tip suallar soruşun. 

Çatışmayanı tap

Çünki bizim məqsədimiz əyləndirərək öyrətməkdir, bunu əsla unutmayın.

Çatışmayanı tap

Ən əsası da səbrli olun və uşağınızla gözəl bir zaman keçirin.

Çatışmayanı tap

Bu isə cavab şəkillərin olduğu iş vərəqidir. Buradakı şəkilləri səliqə ilə kəsin.

Çatışmayanı tap
24 iyun 2014
GO BACK