Bu tip oyunlar məktəbəqədər yaşlı uşaqların çox xoşuna gəlir. Ona görə də bir qədər araşdırdım və sizə bu oyunun bir başqa versiyasını taparaq təqdim edirəm. Buyurun, faydalanın.
Uşaqlar bu vərəqlərə diqqətlə baxıb onların kəsilmiş hissələrini tapmalıdırlar.
Burada diqqət əsas rol oynayır.
Ona görə də səbrli olun və uşağınıza düşünməyi üçün zaman verin.
Bu oyunla məşğul olarkən şəkildəkilərin adlarını bir-bir onlardan soruşun.
Şəkildəkilər barədə nə məlumat bildiklərini soruşun.
Onlar bildiklərini danışdıqca siz də onun bilmədiklərini ona izah edin.
Axı o hələ uşaqdır və hər şeyi öz-özünə bilmək, öyrənmək hələ onun üçün tezdir.
Bu oyunu qrup şəklində və ya yarış şəklində də təşkil etmək olar.