Çiçək boyama xəbərimin ikinci hissəsini sizə təqdim edirəm. Ümid edirəm ki, ilk hissədən yetərincə faydalana bildiniz.
Keçən dəfəki xəbərdə qeyd etmişdim ki, uşaqlar öz daxili aləmlərini çəkdikləri şəkillərlə büruzə verirlər.
Uşaqların psixoloji vəziyyətlərini rənglər vasitəsilə öyrənmək olar.
Hər rəngin öz dili var və onlar bizimlə adətən danışırlar.
Uşağınız şəkil çəkərkən onun istifadə etdiyi rənglər vasitəsilə daxili aləmində nələr baş verdiyini öyrənə bilərsiniz.
Amma bir şeyi qətiyyən qarışdırmamalısınız. Əgər tünd rənglər xoşagəlməz halları simvolizə edirsə, bu o demək deyil ki, bu hər bir hal və vəziyyət üçün keçərlidir.
Tünd rənglərin özünün bir gözəlliyi və nikbinliyi də vardır.
Həm də ola bilər ki, sizin uşağınız hər hansısa tünd rəngin vurğunu olsun və o rəngi çox sevdiyi üçün də boyadığı şəkillərdə ondan çox istifadə etsin.
Ona görə də uşaqlarla kor-koranə məşğul olmaq olmaz.
Bunun üçün ya bir pedaqoqa müraciət edilməli, ya da valideynlərin özləri öz üzərilərində işləyərək müəyyən ibtidai pedaqoji biliklərə yiyələnməlidirlər.
Onu da qeyd edim ki, bu boyama vərəqlərindən bağçalarda da istifadə etmək olar.
Təkcə bağçada deyil, ibtidai sinifdə rəsm dərslərində də bunlardan istifadə etmək mümkündür.