Qadin.NET / Kölgələri tap

Kölgələri tap

  Bu xəbərdə sizə təqdim edəcəyim iş vərəqləri, əsasən 3, 4, 5 yaşlı uşaqlar üçündür. Bu iş vərəqlərini bağça yaşlı uşaqlarda tətbiq etmək onlar üçün daha faydalıdır.  

Kölgələri tap

3-4 yaşlı uşaqlarda diqqət artıq yetərincə inkişaf edir. 

Kölgələri tap

Bir çox valideynlər buna inanmasa da, bu həqiqəti qətiyyən dəyişdirmir. 

Kölgələri tap

Ola bilsin ki, 3 yaşındakı uşaqdakı diqqət 4 yaşındakından bir fərqli olar, amma bu o demək deyil ki, 3 yaşlı uşaq şəkillərə baxaraq əşyaların kölgələrini tapa bilməz. 

Kölgələri tap

Bilər təbii ki, sadəcə olaraq bu bir qədər daha artıq zaman aparar həmin uşaq üçün. 

Kölgələri tap

Uşaq diqqətlə şəkillərə baxmalı və hər bir heyvanın, əşyanın, bitkinin kölgəsini tapmalıdır. 

Kölgələri tap

Daha yaxşı olar ki, kölgələri tapdıqca heyvanın adını desin və həmin heyvan barədə ona bir sıra suallar verin. Məsələn, bu heyvan, səncə, haralarda yaşayır, nə ilə qidalanır, nə rəngdədir. Bu əşyanın adı nədir, hansı rənglərdə olur, nədən hazırlanır, nə üçün istifadə edilir və s. 

Kölgələri tap

Uşağın bunları bilməməyi təbiidir. Amma siz bunu uşağa daim izah etməlisiniz. 

Kölgələri tap

Bunu əyləncəli şəkildə etsəniz, uşaq üçün daha gözəl və tez öyrədici olar. 

Kölgələri tap

Məsələn, ən azı 2 uşaqla birgə bunu növbə ilə həll edə bilərsiniz. Bundan əlavə bağçalarda uşaqlar arasında komanda şəkildə və ya fərdi olaraq yarış kimi də təşkil etmək olar.  

Kölgələri tap
28 iyun 2014
GO BACK