Bu dəfə sizə təqdim edəcəyim iş vərəqləri əsl bağçayaşlı uşaqlar üçündür. Onlar vərəqlərdəki tapşırıqları həll etməli və maşınların adlarını deməlidir. Hər maşının adı vərəqin üzərində onsuz da yazılıbdır. Əsas məsələ burasındadır ki, hər maşının nə işə yaradığını və nə üçün olduğunu uşaqlardan soruşmaq lazımdır. Bu, onların biliyini yoxlamaq üçündür. Bu tapşırıq nəticəsində onların nitq qabiliyyəti də inkişaf edəcəkdir. Əgər uşaqlar buradakı hər hansısa maşının nə işə yaradığını bilmirsə, bunu onlara mütləq geniş bir şəkildə izah etmək lazımdır. İndi isə buyurun, iş vərəqləri ilə tanış olun.
Nöqtələri birləşdirərək xətləri çək və traktoru rənglə.
Nöqtələri birləşdirərək xətləri çək və yanğınsöndürən maşını rənglə.
Nöqtələri birləşdirərək xətləri çək və su maşınını rənglə.
Nöqtələri birləşdirərək xətləri çək və taksini rənglə.
Nöqtələri birləşdirərək xətləri çək və təcili yardım maşınını rənglə.
Nöqtələri birləşdirərək xətləri çək və yük maşınını rənglə.
Nöqtələri birləşdirərək xətləri çək və avtobusu rənglə.
Nöqtələri birləşdirərək xətləri çək və yarış maşınını rənglə.