Oyun uşaqların həyatının böyük bir hissəsini təşkil edir. İndiki dövrdə azyaşlı uşaqlar daha çox kompüter oyunlarına maraq göstərir ki, bu, heç də onlar üçün xeyirli deyil. Həm psixoloji cəhətdən, həm də fiziki sağlamlıq cəhətdən şüanın müntəzəm olaraq uşaqlara təsiri onlarda bir sıra problemlərə yol aça bilir. Bütün bunlarla yanaşı daim telefon və ya kompüter arxasında oturub oynayan uşaqlarda sosiallaşma prosesi də ya getmir, ya da çox çətin gedir. Bunun üçün də uşaqları bacardığımız qədər bu tip oyunlardan uzaq tutmalıyıq. Onların əvəzində isə uşaqlarla bir sıra yaraıcı və maraqlı oyunlar oynayıb zamanlarının maraqlı keçməsi üçün əlimizdən gələni etməliyik.
Bu məqsədlə bu gün sizə iş vərəqləri təqdim edəcəyəm.
Bu vərəqləri printerdən çıxardandan sonra gəlincik şəklini səliqə ilə kəsib kardona yapışdırın.
Kardona yapışdırmaqla onu daha uzunömürlü edə bilərsiniz.
Bundan sonra isə geyimləri və bəzək əşyalarını səliqə ilə kəsin.
Uşağınız həmin geyim və aksesuaları kardona yapışdırdığınız gəlinciklərə yapışdıraraq oynaya bilər.
Təbii ki, bu oyun bağça yaşlı uşaqlar üçün çox maraqlı olacaqdır.
Bu oyunu bağçalarda pedaqoqlar da istifadə edə bilər.
Ümid edirəm ki, bəyənəcəksiniz.