Uşaqlarda düşünmək və düşündüyünü tətbiq edə bilmək bacarığını inkişaf etdirmək üçün onlara mütləq məntiqi çalışmalar vermək lazımdır. Amma uşaqları hələ kiçik ikən yükləmək də doğru deyil. Ona görə də onlara məntiqin çox sadə formasını təqdim etmək gərəkdir ki, beyinləri yorulmadan və əylənərək inkişaf etsin. Əgər uşağınız rəqəmləri tanıyırsa, demək, bu çalışmalar məhz elə ona uyğundur. Rəqəmləri yeni öyrənən uşaqlar üçün bu tip çalışmalar çox önəmlidir. Onlar bu çalışma sayəsində həm öyrəndiyi rəqəmləri təkrarlayır, həm də məntiqlə düşünərək onları ardıcıl olaraq birləşdirərək alınan şəkli görür. Alınmış şəkli rəngləməyi isə sadəcə olaraq onların fantaziyalarına buraxın. İndi isə buyurun, iş vərəqləri ilə tanış olun.
Balina
Ulduz
Qar adamı
Qayıq
Ev
Gül
Balıq
Maşın
İndi isə şəkillərin artıq çəkilmiş hallarına baxın.
Bu hazır halları uşaqlara əvvəlcədən də göstərmək olar.