Qadin.NET / Rəqəmlər (3)

Rəqəmlər (3)

Bu dəfə sizə iki fərqli mövzuda olan iş vərəqləri təqdim etmək qərarına gəldim. Bu vərəqlərdəki tapşırıqlar sayəsində uşaqlarınız öyrəndikləri rəqəmləri təkrarlayacaq və onları yaddaşlarına şüurlu bir şəkildə həkk edəcəklər. Uşaqlar adətən yeni öyrənməyə başlayarkən çətinlik çəkdikləri məqamlar olur. Bu tip çalışmalar sayəsində onlar aradakı boşluqları doldurur və çətinliklərin öhdəsindən asanlıqla gəlməyi öyrənirlər. Buyurun, iş vərəqləri ilə tanış olun və faydalanın.

Ümid edirəm ki bu iş vərəqləri sizin üçün çox faydalı olacaqdır.

Rəqəmlər (3)

Şəkillərə diqqətlə bax və orada neçə şəkil varsa, onu göstərən rəqəmi dairəyə al.

Rəqəmlər (3)

Eyni tapşırıq bu iş vərəqi üçün də keçərlidir.

Rəqəmlər (3)

Bu çalışmalar sayəsində uşaqlarınızın məntiqi təfəkkürü getdikcə daha da güclənəcəkdir.

Rəqəmlər (3)

Uşaqların əvvəlcə kvadratdakı şəkilləri səsli saymalarını istəyin.

Rəqəmlər (3)

Sonra isə o kvadratların qarşısındakı rəqəmlərin adlarını demələrini istəyin və həmin şəkildəki sayla hansının uyğun gəldiyini soruşun.

Rəqəmlər (3)

Burada isə ədədləri sıra ilə yazaraq tamamlamaq lazımdır.

Rəqəmlər (3)

Gördüyünüz kimi ədədləri həm azdan çoxa, həm də çoxdan aza doğru sayaraq yazmaq lazımdır.

Rəqəmlər (3)

Eyni tapşırıq bu iş vərəqinə də aiddir.

Rəqəmlər (3)

Burada da çatışmayan rəqəmlər tapılaraq yerlərinə yazılmalıdır.

Rəqəmlər (3)

Sonuncu iş vərəqimizin də tapşırığı eynilə digəri kimidir. Yazılmayan rəqəmi taparaq cədvəli tamamlamaq lazımdır.

Rəqəmlər (3)

31 may 2014
GO BACK