Keçən dəfəki xəbərimdə sizə rəqəmlərin yarısını təqdim etmişdim. İndi isə digər yarısını təqdim etmək istəyirəm. Əminəm ki, bu iş vərəqləri bir çox uşağın xoşuna gələcək. Bu iş vərəqləri ilə nəinki valdieynlər evdə uşaqlarına rəqəmləri öyrədə bilər, hətta bağçalarda da pedaqoqlar bunlardan rahatca istifadə edə bilərlər. İndi isə buyurun 6, 7, 8, 9 və 10 rəqəmi üçün olan iş vərəqləri ilə tanış olun.
Gilasları rənglə.
6 rəqəmini nümunədəki kimi yaz.
Armudları rənglə.
7 rəqəmini yaz və hər kvadratda neçə dairə olduğunu tapıb yaz.
8 rəqəmini nümunədəki kimi yaz.
Hər kvadratda neçə albalı var?
Maşınları rənglə.
9 rəqəmini nümunədəki kimi yaz və hər kvadratda neçə ulduz olduğunu tap.
Balıqqulaqlarını rənglə.
Hər kvadratda neçə portağal olduğunu tap və 10 rəqəmini də nümunəyə uyğun olaraq yaz.
Nöqtələri birləşdirərək rəqəmləri yaz.
İndi isə rəqəmləri sərbəst şəkildə yaz.