Qadin.NET / Ağlayan ağac

Ağlayan ağac

Ağlayan ağac

"Bu bağçanın ortasında tək bir ağacam. Bütün dostlarımı, bir-bir yox etdilər. Əvvəllər gözəl meyvələr verərdim, hamısı keçmişdə qaldı. İndi o günləri geri qaytara bilmərəm, amma təkrar meyvə verə bilmək özümün olduğu qədər meyvələrimi yeynələrin də ürəyincə olacaq, amma bunu necə edəcəyimi bilmirəm" deyərək yenə ağlamağa başladı.
Ağlayan ağac
"Ağlayan ağac" deyərdilər ona, bəziləri hirslənib, bəziləri də necə ağladığını görmək üçün ona təpik vurur... Edə biləcəyi bir şey olmadığı üçün çarəsizliklə qıvrılırdı. "Nə qədər yağış, fırtınalar, qar gördüm. Yıxılmadan dimdik ayaqda qalmağı bacardım. Bir təpik atmalarıyla mənə bir şey olmaz, amma mən kədərlənərkən onların güldüyünü görmək - bax, buna dözə bilmirəm. Zamanında onlara nə qədər gözəlliklər verdim, amma onlar "Biri bu ağaca vuranda ağlayırmış" deyə maraqlandıqları üçün bu gözəllikləri unutdular".
"Bu qədər kədərin arasında düşüncələrinə mane olmaq istəməzdim, məni bağışla, ağlayan ağac. Edilən pislikləri düşünmək və bir yol tapa bilməmək səni kədərləndirir. Xoşbəxt olmaq üçün yaxşı şeylər düşünmək lazımdır. Bütün günü ağlamaq əvəzinə gülə bilərsən. Məsələn, mənə bax, mən kiçik bir quşam, amma sənin budaqların arasında düzəltdiyim yuvamda yaşayıram. Bu da səni xoşbəxt edə bilər. Dediyin kimi, mən də anlaya bilmirəm ağlayanı görüb güləni. Onları səhvləriylə baş-başa buraxaq. Günəşi budaqların arasında görə bilmirsən, amma səni isidir, işıqları sənə enerji verir. Görməsən də olduğunu bilirsən - bu da yetər" - deyə kiçik quş ona ürək-dirək verirdi.
Qaçaraq gələn uşaqları görüb, "Bax budur, yenə gəlirlər ağlatmağa, ancaq mən indi sənin sözlərinlə daha da güclüyəm" - dedi ağlayan ağac. Uşaqların dalınca yekə bir it düşmüşdü. Onlar itdən qaçıb bir-bir ağaca dırmaşdılar. İt bir şey edə bilməyəcəyini anladı və oradan uzaqlaşdı.
Uşaqlardan biri dedi: "Yaxşı ki, ağlayan ağacı da o biri ağacklar kimi kəsmədilər, yoxsa bizim üçün çox pis olacaqdı. Dostlar, gəlin bir daha ağlatmaq üçün bu ağaca təpik vurmayacağımıza söz verək". Hamısı birlikdə söz verdilər və getdilər. "Nədir, yenə ağlayırsan?" -kiçik quş soruşdu.
Ağlayan ağac
Bunun cavabında ağlayan ağac: "Burax, bəlkə son dəfə doyunca ağlayım, çünki artıq xoşbəxtəm. Günəşi də görürəm, kiçik quş, günəşi də. Demək, səbir edəndə yaxşı şeyləri görmək mümkün olurmuş. Artıq ağlamayacağam, kiçik quş. Əvvəllər olduğu kimi gözəl meyvələr verəcəyəm, budaqlarım güclənəcək, quşlar üstümdə daha çox yuva quracaq. Xoşbəxt günlər bizləri gözləyir" dedi.
Kiçik quş: "Söylədiklərinlə razıyam. Mən həmişə yanında olacağam. Ağladığın günlər bitdi. Sən günəşi gördüyün kimi, mən də ağlayanı görüb gülə bilənlərin zamanla azalacağını görürəm, dostum " dedi.
15 aprel 2014
GO BACK