Bu dəfə körpələrimizin maraq və göz yaddaşını gücləndirən tapşırıqlar paylaşmaq istəyirəm. Şəkilləri çap etdikdən sonra kəsin və onu bitişdirməyi üçün uşaqlarınıza verin. Bu tapşırıq kiçikyaşlı uşaqlar üçün olduğuna görə dərəcəsi asandır.
Hər şəkil 4 hissəyə bölünməlidir.
Gördüyünüz kimi, şəkillərdə kəsilməli olan yerlər qabaqcadan işarələnib.
Kəsərkən ehtiyatlı olun ki, kəsici alət uşaqların əlinə keçməsin.
Kəsməmişdən əvvəl şəklin bötüv halını uşaqlara göstərsəniz, daha gözəl olar.
Şəkilləri quraşdırarkən çalışın uşağınıza göstərməklə deyil ipcu verməklə kömək edəsiniz.
Rəngləri öyrənmək üçün, uşaqlara şəkildəki heyvanların və ya bitkilərin rənglərini də onlardan soruşa bilərsiniz.
Şəkili 4 hissəyə böldükdən sonra 4 rəqəmini saymağı da onlara öyrətmək olar
Şəkillərin hamısını eyni gündə istifadə etməyin ki, uşaq yorulmasın.
Hər dəfə şəkli düzəldəndən sonra o şəkil barədə uşaqdan bir neçə fikir soruşun. Bu onların nitqinin də gözəl olmasına kömək edəcək.
Şəkillər barədə uşaqların düşünməyi onların fantaziyasını da işə salacaq və ən əsası da onlara göstərin ki, sizin onların fikirlərinizə ehtiyacınız var. Beləcə o həm özünə, həm də siz hörmət etməyə başlayacaq.
Sizə övladlarınız və ya şagirdlərinizlə bol əyləncəli zamanlar arzu edirəm.