Qadin.NET / Kəs, yapışdır

Kəs, yapışdır

Hörmətli analar və pedaqoqlar, sizə gözəl bir iş vərəqləri təklif edirəm. Bu iş vərəqləri sayəsində bağçayaqədər yaş dövründəki uşaqlar zamanlarını əylənərək və öyrənərək keçirəcəklər. Onlarda məntiqi təfəkkür inkişaf edəcək və diqqətləri güclənəcək. Bunun üçün əvvəlcə gülləri vərəqlərdən səliqə ilə kəsmək lazımdır. Cəmi 48 gül olacaq. Sonra isə uşaqlar digər vərəqlərə baxaraq hər gülün yapışdırılmalı olan yerlərini tapıb onu oraya yapışdırmalıdırlar. Bunu oyun kimi də təşkil etmək olar. Hər uşağa bir vərəq kartı verilir və gülləri tez yapışdırıb bitirən uşaq qalib elan edilir. Eləcə də bunu eynilə qrup şəklində də həyata keçirmək olar. İndi isə buyurun, iş vərəqlərini sizə təqdim edirəm.

Kəs, yapışdır
Bu çiçəkləri uşaqların kəsməsinə qətiyyən icazə verməyin.
Kəs, yapışdır
Bunları uşaqların yanında kəssəniz və kəsdikcə də onları yapışdıracaqlarını izah etsəniz, onlar üçün lap maraqlı olar.
Kəs, yapışdır
Əsas odur ki, təhlükəsizliyi əldən verməyin, kəsdiyiniz aləti uşaqlardan uzaq tutun.
Kəs, yapışdır

İndi isə buyurun cavab kartlarını götürün.

Kəs, yapışdır
Hər cavab kartında gördüyünüz kimi 6 gül üçün yer var.
Kəs, yapışdır
Cavab kartların hamısını birdən həll etdirməyin.
Kəs, yapışdır
Daha gözəl olar ki, uşaqlar gündə bir vərəq üzərində işləsinlər.
Kəs, yapışdır
Yapışdırarkən mütləq güllərin arxasına yapışqanı siz vurun.
Kəs, yapışdır
Amma gülü uşağın özü vərəqə yapışdırsın.
Kəs, yapışdır
Unutmayın ki, bunları xatirə olaraq da saxlaya bilərsiniz  girl_ten
Kəs, yapışdır
Elə isə sizə uğurlar və faydalı, əyləncəli zamanlar arzu edirəm.
Kəs, yapışdır

Ümid edirəm ki, uşaqlarınızla gözəl zaman keçirərsiniz.

13 aprel 2014
GO BACK