Qadin.NET / 3-4 yaşlı uşaqların xəyal dünyası

3-4 yaşlı uşaqların xəyal dünyası

"Ana, məktəbdə şəkil çəkirdik, bilirsən nə oldu? Çəkdiyim dinozavr kağızdan yerə hoppandı. Həm də qanadlı bir dinozavr idi. Mən də kürəyinə mindim və evə uçduq. Yolda quşlar bizə hücum etdi. Amma mən alov çıxaran çubuq ilə hamısını qaçırdım..."

3-4 yaşlı uşaqların ümumi xüsusiyyətləri nələrdir? Bu dövrdə ən çox təkrarlanan davranışlar hansılardır? 
Bu yaş dövründəki uşaqların ən əhəmiyyətli xüsusiyyəti davamlı hərəkət halında olmalarıdır. Hoppanmağı, hərəkət etməyi sevirlər. Artıq daha balanslı hərəkət etdikləri üçün qaçmaq və istədiyində dayanmaq bacara biləcəyi şeylərdir. Yellənməyi, alçaq bir pillə və ya divardan hoppanmağı sevərlər. Enerjisi heç bitməyəcək kimi davamlı hərəkət halındadırlar. 

 

3-4 yaşlı uşaqların xəyal dünyası

 

Təhlükəli olanı yavaş yavaş seçə bilirlər
* Sərbəst yeməyi, geyinmə və soyunmağı, əl yuma və diş fırçalama kimi özünə qulluğu bacarırlar. 
* Diqqətini daha uzun müddət etdiyi işə verə bilər. Daha uzun müddət özbaşına oynaya bilər. 
* Şəkil çəkmək, dəyişik materiallarla (oyun xəmiri, boya və s.) oynamaq marağını çəkir. Bu yaş dövrlərində şəkillər mövzusu daha maraqlı və daha aydın olmağa başlamışdır. 
* Təqlid etməyi sevər. Fərqli rollara girər. Bir gün pişik olar, bir başqa gün dinlədiyi nağıldakı qəhrəmanın yerinə keçər. 
* Özünün artıq digər insanlardan fərqli bir fərd olduğunu qavramağa başlayır. Başqalarının da özündən fərqli duyğu və düşüncələri olduğunu fərq etməyə başlayır. 

 

3-4 yaşlı uşaqların xəyal dünyası

 

* Bir çox fərqlilikləri anlamağa başlayır. 
* Obyektləri böyüklüyünə və ya rənginə görə sıralayır. 
* Beşə qədər saymağı öyrənir. 
* Mətbəxdə və ya evdə edilən işlərdə kömək edir. 
* Oyuncaqlarını özü götürüb, yerinə qoya bilər. 
* Yoldaşlıq əlaqələri inkişaf edir, paylaşmağı öyrənir. 
* Danışığı əsas qrammatika qaydalarına uyğundur. Danışılacaq çox şeyi vardır - məktəbdə olanlar, yoldaşları, uydurduğu hekayələr... 
* Qaydaları anlaya, problemlə qarşılaşdığında həll yolları mövzusunda müdaxilə edilməzsə, özü nəticə çıxara bilər. 
* Keçmişı və gələcəyi ayırd etməyə başlayar.  
* İnadkarlıq göstərə bilər, istəklərinin yerinə yetirilməsi onun üçün əhəmiyyətlidir. 

 

3-4 yaşlı uşaqların xəyal dünyası

 

3-4 yaşlı uşağın xəyal dünyası necədir? 
3-4 yaşındakı uşağın xəyal gücü artıq oyunlarına, etdiyi fəaliyyətlərə dəyişik rənglər qatır. Bu yaş dövründə uşaq xəyal ilə həqiqəti yeni-yeni ayırd etməyə başlayır. Bununla yanaşı, xəyali hekayələr dinləməyi və uydurmağı sevərlər. Ən sevdikləri nağıl və ya cizgi film qəhrəmanının yerində olmaq, ya da başqalarının başına gələn şeyləri öz başına gəlmiş kimi izah etmək və ya heç olmayan şeylər uydurmaq bu dövrdə sıx qarşılaşılan vəziyyətdir. 
Xəyal dünyaları getdikcə zənginləşdiyi üçün oyunları, şəkilləri və danışdıqları hekayələri də daha rəngli, zəngin olmağa başlayır. Oyun bu yaş dövründə uşağın həyatının ən əhəmiyyətli parçasıdır. Yoldaşlıq əlaqələri inkişaf etdikcə uşağın ictimai xarakteri inkişaf etməkdədir. Ən yaxşı yoldaşını təqlid etmək, onun kimi gəzmək, danışmaq kimi fərqli rolları oynamağı sevər. Bəzən fərqli bir xarakterə malik (nağıldakı cin və ya filmdəki super qəhrəman) kimi davranmaq və ya bir obyekti başqa bir obyektin yerinə istifadə etmələri (boş bir ayaqqabı qutusundan musiqi aləti, ya da iplərdən kabel düzəltmək) bu dövrdəki hadisələrə bariz nümunədir. 
İzah etdikləri hekayələrdə başlanğıcda ön və son yoxdur, hekayəni hər dəfə fərqli şəkildə izah edirlər, amma zamanla onları daha həqiqi və məntiqli hekayələrə çevirməyə başlayırlar. 

 

3-4 yaşlı uşaqların xəyal dünyası

 

Uşağın təxəyyülün inkişafına ata-ana necə kömək edə bilər? 
Oyuncaq seçərkən mümkün olduğu qədər müxtəlif funksiyaları olan oyuncaqlar seçilməlidir. Tək bir düyməsi basılaraq oynayan, yaradıcılığa və xəyal gücünə yerqoymayan oyuncaqlar seçilməməlidir. 
Birlikdə oyun oynayarkən uşağı istiqamətləndirmək əvəzinə, onun sizi istiqamətləndirməsinə icazə verin. Məsələn, oyuncaq qabdan uçan dairə kimi istifadə edilərsə, bunun əslində bir qab olduğunu söyləmək əvəzinə, bir qab da siz götürərək oyuna qatıla bilərsiniz. 
Televiziya və kompüter kimi xəyal gücünə çox yer verməyən vasitələrin yerinə teatr, dram, rəqs, sərgi kimi fəaliyyətlər seçilə bilər. 
Evdəki əşyalarla fərqli şeylər etməsinə icazə verin. Zərər vermədiyi müddətcə əşyalara əl vurmasına, istifadəsinə dəstək verin. Yastıqlardan daxma inşa etməsinə icazə verə bilərsiniz. 

 

3-4 yaşlı uşaqların xəyal dünyası

 

Evin dağılmasına və çirklənməsinə səbəb olduğunu düşünərək uşağın oyunlarına məhdudiyyətlər gətirmək xəyal gücünə maneə törədəcək. Müxtəlif əşyalardan istifadəsinə imkan yaradın. Dəyişik boyalar, kağızlar, evdəki tullantı materiallarından (boş qutular, rulonlar, qəzet kağızları və s.) istifadə etməsini dəstəkləyin. 
Hekayələr oxumaq, bilinən hekayələri fərqli şəkildə uşağa çatdırmaq, çəkdiyi şəkil üçün hekayə qurmaq faydalı olacaq. Oyuncaqları tanımasına imkan yaradın. 
Təbiət ilə yaxından tanış olmasına fürsət yaratmaq, heyvan və bitkiləri izləməsini  təmin etmək ona yeni oyunlar icad etməsi üçün lazım olan xəyal gücünü qazandıracaq. 

 

3-4 yaşlı uşaqların xəyal dünyası

 

Ona öz uşaqlığınızda oynadığınız oyunları izah edin və birlikdə oynamağa dəvət edin. Kağızdan təyyarə, konserv qutusundan robot düzəltmək, kağız gəmiləri üzdürmək, köhnə coraba tikilən düymələrlə göz, ağız düzəldib gəlincik yaratmaq, əncir yarpağından bağ etmək kimi bildiyiniz oyunları paylaşın.
Dəyişik rollar oynamasına icazə verin. O, ana olsun, siz uşaq. O, yeməkləri hazırlayan ana, ya da avtomobili istifadə edən ata olsun, siz də arxa kresloda oturan oğlunuz. Dəyişik maddələr qarışdırmaqla mətbəxdə birlikdə yeni yeməklər icad edin. 
Saxsıya fərqli toxum və şitil əkərək necə bağça yaranacağını, açacaq çiçəklərin rəng və qoxularını xəyal edin. 
Öz çəkdiyi şəkillərlə hekayə kitabını yaradın. Bu kitabı başqalarına izah etməsi, zamanla yeni səhifələr əlavə etməsi mövzusunda onu həvəsləndirin. 
Psixoloq Nur Dinçer Genç 
20 mart 2016
GO BACK