Qadin.NET / Övladlarımıza dərslərində necə yardım edək?

Övladlarımıza dərslərində necə yardım edək?

Övladlarımıza dərslərində necə yardım edək?

Uşaqla birlikdə dərs öyrənmək və öyrətmək valideynlər üçün yenidən təkrar kimi olur. Nə qədər də olsa məktəb həyatının üzərindən illər keçib. İndi uşağınızın dərsləri sayəsində yenidən öyrəndiyiniz o dərslərin sizi stresə salması məlum məsələdir. 

Başa düşmədiyiniz bir dərsi öyrətmək üçün özünüzü yormayın. Bilmədiyiniz halda bir coğrafiya ya da riyaziyyat alimiymiş kimi davranmaq işinizi daha da çətinləşdirər. Bunun yerinə uşağınızın müəlliminə zəng edərək və ya elektron məktub göndərərək ondan kömək istəyə bilərsiniz. Bilmədiyiniz bir dərsi tez bir şəkildə uşağa öyrətməyə çalışmayın. Əgər müəllimindən də cavab ala bilmirsizsə, səhv öyrətməkdənsə heç qarışmamağı üstün tutun, övladınızdan bimədiklərini müəllimindən soruşmasını tələb edin.
Modern texnologiyalar ağlımızdakı bütün sualları tezliklə cavablamağımıza kömək olur. Dərslərə kömək edərkən çətinliyə düşdüyünüzü anladıqda internetdən faydalanın. Çünki internetdə dərsin mövzusuna uyğun məlumatlar tapmağınız mümkündür. İnternetdə sürətli bir axtarış sizə kömək ola bilər. Bundan başqa, online dərslərdən də faydalanmağınız mümkündür. 

Övladlarımıza dərslərində necə yardım edək?

Dostunuza zəng edib bildiyi bir şeyi soruşub öyrənməyə çəkinməyin. Bəlkə də çətinlik çəkdiyinizə gorə tanıdığınız insanların adlarından ibarət bir siyahı hazırlayıb lazım olanda onlarla rahat danışıb oyrənə bilərsiniz. Övladınızın dostları, ya da onların ailələri ilə də danışmağınız mümkündür. Bunun üçün uşağınızdan kimlə danışmaq istədiyini və necə rahat olacağını soruşmalısınız. Mütləq sizə kömək edəcək insanlar vardır. Bəs sosial şəbəkələrdən istifadə etməyə necə baxırsınız? Facebook, Twitter ya da başqa saytlardan öyrənmək istədiyinizi tapa bilərsiniz. 
Həm mətbəxdə yemək hazırlayırsınız, həm də uşağınızın sualına məntiqli cavab verməyə çalışırsınız. Eyni vaxtda birdən çox işlə məşğul olmaq çətinlik yaradacaq. Uşağınızın qarşısında əsəbi halda durmağınız ona kömək olmağınıza əngəl ola bilər. Üstəlik, onunla dalaşmağa gətirib çıxara bilər. Bir şeyə hazır olmadan ona oyrətmək sizi yora bilər. Bu məqsədlə nələri isə bilmədiyiniz üçün üzülmədən, əlinizdəki işə ara verib tamamən ona yönəlməlisiniz. 
Övladınız dərslərində çətinlik çəkir və siz də ona yetərincə kömək ola bilmirsizsə, axıra bir tək seçim qalir: əlavə muəllim tapmaq.

3 noyabr 2013
GO BACK