Körpələr mütləq ana südü ilə qidalanmalıdır. Körpəni ən azı 6 aya qədər əmizdirmək vacibdir. Ana südü o qədər təmiz və üstündür ki, onu heç bir hazır uşaq yeməyi əvəz edə bilməz. Körpəni əmizdirərkən o, anası ilə ünsiyyətə girir, onun qoxusunu götürür, ona müsbət emosional təsir göstərir.
Əmizdirərkən 10 qızıl qaydaya riayət etmək mütləqdir:
1. Körpəni yedizdirməmişdən yarım saat əvvəl 1 stəkan meyvə şirəsi, süd, ya su için - bu, orqanizmdə maye ehtiyatlarını bərpa edəcək və laktasiyaya müsbət təsir göstərəcək. Alkoqol isə qadağandır!
2. Rahat vəziyyət almalısan. Başlanğıcda yan üstə uzanaraq yedizdirmək daha rahatdır. Sonra oturaq vəziyyətə keçə bilərsən. Kreslo və çarpayıda yerini alıb altına yastıq qoya bilərsən. Elə vəziyyət almalısan ki, uşağı yorulmadan və gərginlik keçirmədən yedizdirə biləsən.
3. Boş əlin ilə döşünü götür (baş barmaq üstdə, gilə areolunun yanında). Döşünü uşağın dodaqlarına yaxınlaşdır və aşağı-yuxarı doğru hərəkət edərək dodaqlarını qıcıqlandır. Bu, uşağa ağzını açmağa işarə verəcək. Ehtiyatlı şəkildə döşün giləsini açılmış ağzın mərkəzinə yerləşdir və körpənin onu dodaqları ilə sıxmasını gözlə. Lazım olsa, proseduru təkrarla.
4. Körpə gilə ilə birgə areolu da əhatə edir. Yalnız bu halda süd gələcək, çünki körpə damaqları ilə süd vəzini sıxacaq. Nəzarət et ki, uşaq gilənin o 1- i hissəsini əmməyə başlamasın, yoxsa ağrılı yaralar əmələ gələr.
5. Uşağın burnunun döşlə bağlı olmadığını yoxla. Əgər bu, belədirsə, areolun ətrafında barmağınla sıx ki, uşaq rahat nəfəs ala bilsin
6. Körpənin yanaqları ritmik hərəkət edirsə, deməli hər şey alınıb. Əgər süd həddən artıq tez gəlirsə, uşağı öskürək tuta bilər. Süd axınını azaltmaq üçün yedizdirməni dayandır və südü 1 qədər süz.
7. Giləni yaralamamaq üçün onu uşağın ağzından ehtiyatla çıxartmalısan, əvvəlcə çeçələ barmağınla dodaqların kənarlarından çənəsini arala. Bundan sonra uşağı yedizdirməyə davam edə bilərsən.
8. Növbə ilə hər iki döşü yedizdir. Bir çox həkimin fikrincə, uşaq istədiyi qədər yeyə bilər. Orta hesabla bu proses 15-20 dəqiqə təşkil edir. Südün 80%- i ilk 20 dəqiqə ərzində əmilir.
9. Yedizdirməni hər dəfə fərqli döşdən başla. Rahat yadda qalsın deyə parça bezi büstqalterin qapağına sonuncu dəfə əmizdirdiyin döş tərəfdən qoy.
10. Yedizdirmədən sonra gilələri qurula. İlk vaxtlar onlari öyrəşdirmək üçün 10-15 dəqiqəlik açıq saxlamaq daha yaxşı olar.
Çalışmaq lazımdır ki, hər dəfə döşləri dəyişərək gündə ən azı 8-10 dəfə yedizdirəsən. Uşağın yeməyinin kifayət qədər olmağının göstəriciləri dərin və möhkəm yuxu, fəal əmmə, bədən çəkisinin artımı, normal sidiyə çıxma (gündə 6-8 dəfə), müntəzəm qarın işləməsidir (ilk yarım ildə gündə 5 dəfəyədək və 6 aydan sonra gündə 2-3 dəfə).