Qadin.NET / Uşağın boyu və inkişafı

Uşağın boyu və inkişafı

Yeni doğulmuş körpə üçün standart ölçülər belədir:

Bədən çəkisi 2,5-4,5 kq, boy uzunluğu 45-55 sm, başın çevrəsi 33-37 sm olur. Doğuşdan sonra uşaq çəkidə itki verir (Əgər körpə vaxtından əvvəl dünyaya gəlməyibsə, çəkisi böyük deyilsə, bu zaman yeni doğulmuş körpənin çəkisi əvvəlkindən 6-10% artıq fərqlənmir. Bu fərq isə 6-10 gün ərzində bərpa olunur). Gələcəkdə uşağın çəkisi,boyu və başının çevrəsi-uşağın sağlamlığı üçün vacib amillərdəndir.

Uşağın boyu və inkişafı

Körpənin gün ərzində 20-30 q çəkisi, həftəyə isə 0,66 sm boyu, 0,33 sm isə başının çevrəsi artır. Əksər uşaqlarda 5 ay ərzində çəkilərində 2 dəfə artım müşahidə edilir. Başlarının çevrəsi isə ilk yarım il ərzində ayda 1 sm artır.

Uşağın boyu və inkişafı

Uşağın çəkisi onun sağlamlığı üçün vacib məsələdir. İştahanın azalması, yuxusuzluq, nasazlıq-bütün bunlar körpənin sağlamlığında öz izini qoyur. Unutmayın ki, günbəgün artım eyni olmaya da bilər, buna görə də narahatlığa səbəb yoxdur. Birinci aydan sonra körpənin ayda 1 dəfə çəkisini yoxlayın. Həm də onların normal çəki və boy göstəricilərini də yoxlamaq lazımdır.

Əgər uşağın çəkisi artırsa, hər şey qaydasındadır, yox, əgər inkişafla normal ölçülər arasında  kəskin fərq varsa, mütləq həkimə müraciət etmək lazımdır.

Uşaq ilk 1 il ərzində sürətlə böyüyür. Bunu müşahidə etmək insana zövq verir. Hər gün gördüyümüz yenilik bizləri sevindirəcək.

Uşağın boyu və inkişafı

Unutmayın ki, hər uşaq fərdidir, sənin körpənin inkişafı da həmyaşıdlarından fərqlənə bilər. 1-2-ci aylarda fərqlilik normaldır, əsas odur ki, geriləmə artmasın.

Baş dairəsini ölçmək üçün santimetrlik xətkeşin 1 ucunu arxadan ənsə qabarları üzərinə, o biri ucunu isə öndən qaşüstü qövslərin üzərindən aparıb hər iki ucunu birləşdirirlər və alınmış nəticəni qeyd edirlər.

Uşağın boynunu adi santimetrlik xətkeşlə, çəkisini ölçmək üçün isə elektron tərəzilərdən istifadə edirlər.

Bizim körpələrimizlə oynamağımız, onlarla ünsiyyət qurmamız onların psixi inkişafındakı rolu əvəzsizdir.

Sualım körpələri olan analaradır: Sizin körpələriniz doğularkən boyu və çəkisi nə qədər idi?

13 oktyabr 2013
GO BACK